19:00 08.07.2021 2219

AVRO-2020: Xaqani Məmmədov mübahisəli penaltini şərh etdi

AVRO-2020-nin yarımfinalında keçirilən İngiltərə - Danimarka oyununda hakimin qonaqların qapısına təyin etdiyi penalti müzakirələrə səbəb olub. 

Bəs 113-cü dəqiqədə həmin penaltini təyin edən referinin qərarı doğru idimi? Fanat.Az bu sualı mütəxəssisinə ünvanlayıb. 

Azərbaycanın sabiq FİFA referisi, Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov həmin penaltini dəyərləndirib: 

"Qaydalar necə tələb edirsə, o cür hərəkət etmək lazımdır. Baxırsan ki, xarici mütəxəssislər "belə oyunda belə penaltini verməzlər" deyirlər. İndi mən sual verirəm: futbolun belə və yaxud elə oyunu var? Futbol futboldur və futbolun bir qaydası var. Qaydalarla tamamilə düzgün qərardır. İkincisi də, hakimin həmin epizodda mövqeyi idealdır və fikir verdinizsə, VAR-a da ehtiyac olmadı. VAR otağında oturan 5 nəfər peşəkar hakimin fikri ilə tam razı oldular, epizodu qiymətləndirmək üçün onu heç ekran qapısına da dəvət etmədilər. Birmənalı olaraq qaydalar çərçivəsində tamamilə düzgün qərar idi.

Ancaq heç kəsin fikir vermədiyi bir məqam var. Hücumçu və müdafiəçi cərimə meydançasına daxil olarkən meydanda ikinci top var idi. Sual oluna bilər ki, hakim niyə oyunu saxlamadı və mübahisəli top atmadı? Qaydalarda deyilir ki, top (ikinci top) aşkar şəkildə oyuna müdaxilə edərsə, misalçün, müdafiəçinin ayağına dəyib sürüşməyinə səbəb olarsa, o zaman oyun saxlanılmalı, mübahisəli top atılmalıdır. Amma dünənki epizodda həmin ikinci top heç cürə mane olmadı və oyunun gedişinə aşkar təsir etmədi".

Qeyd edək ki, İngiltərə - Danimarka matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda daha bir qol vuran ingilislər finala yüksəliblər. Britaniyalılar həlledici oyunda İtaliya ilə üz-üzə gələcəklər.
 
Emin Şəmsiyev
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X