İspaniyalı tennisçi Rafael Nadal İtaliya milli futbol komandasını AVRO-2020-nin qalibi olması münasibəti ilə təbrik edib.
Fanat.Az xəbər verir ki, raketka ustası öz "Twitter" hesabında belə yazıb:
"Təbrik edirəm, İtaliya! Avropa çempionları! Əla iş gördünüz!"
Qeyd edək ki, Londonun "Uembli" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan italyanlar (3:2) tarixində 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Emin Şəmsiyev