İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2020-nin finalında oyunsonrası penaltiləri dəqiq yerinə yetirə bilmədikləri üçün irqçi təhqirlərə məruz qalan Afrika əsilli komanda yoldaşlarını dəstəkləyib.
Fanat.Az xəbər verir ki, ulduz hücumçu İtaliya ilə həlledici oyunda (1:1, oyunsonrası penaltilərlə: 2:3) şansını boşa verən Markus Raşford, Bukayo Saka və Ceydon Sanço barədə "Twitter" hesabında belə yazıb:
"Bu üç oğlan əla oyun sərgiləyib, çətin anda məsuliyyəti üzərlərinə götürüblər. Hər biri anlayış, dəstək haqq edir. Onların oyun başa çatandan bəri alçaqcasına irqçi qınaqlara məruz qoyulması üzücü haldır...
Sən sosial şəbəkələrdə kimisə təhqir edir, aşağılayırsansa, deməli, millinin tərəfdarı deyilsən. Biz belələrinin İngiltərə yığmasına azarkeşlik etməsini istəmirik".
Nihat