12:00 13.07.2021 1353

"Qızıl top"a 5 namizəd

Amerika Kuboku və Avropa çempionatı zamanı "Qızıl top"a bir sıra namizədlər meydana çıxmışdı. Hər iki mötəbər yarış başa çatdıqdan sonra kimin bu mükafatı qazanacağı böyük maraqla gözlənilir. 

İspaniyanın tanınmış "Marca" qəzeti "Qızıl top"a namizəd 5 futbolçu barədə qısa təhlil dərc edib. 

Fanat.Az bu maraqlı müqayısəni sizlərə təqdim edir:

Lionel Messi

Azad agent olan ulduz futbolçu Amerika Kubokunun qalibi olmasaydı, bəlkə də bu siyahıda olmayacaqdı. Argentinalı hücumçu millisinin 1993-cü ildən bəri həsrətində olduğu titulu qazanmasında böyük pay sahibidir. Messi "Barselona"da olduğu kimi, Argentina seçməsi ilə birlikdə də tarixə qızıl hərflərlə yazılacaq bir iş görüb.

Jorjinyo

Kifayət qədər dəyərləndirilməyən italyan yarımmüdafiəçi bu il "Çelsi" ilə Çempionlar Liqasının qalibi, İtaliya millisi ilə son Avropa çempionudur.

Həm Çempionlar Liqası, həm də beynəlxalq yarışlar "Qızıl top"un yeni sahibini müəyyən etmək üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən "Çelsi"nin futbolçusu 2021-ci il üçün dünyanın ən yaxşısı seçilə bilər.

Harri Keyn

İngiltərə millisi AVRO-2020-nin qalibi olsaydı, Keyn sözügedən mükafatın əsas favoriti ola bilərdi. Turnirə gec uyğunlaşsa da, "Tottenhem"in hücumçusu "pley-off" mərhələsində özünü yaxşı tərəfdən göstərməyi bacardı. Finalda Corco Kyellini və Leonardo Bonuççi səddini keçə bilməsə belə, futbolçu kifayət qədər yaxşı mövsüm keçirdi.

Robert Levandovski

Polşalı futbolçu Avropa çempionatını unutmalıdır. Geridə qoyduğumuz yarış sözügedən forvard üçün heç də arzulanan alınmadı. Amma buna baxmayaraq "Bavariya"da keçirdiyi yüksək səviyyəli mövsüm diqqətdən kənarda qalmamalıdır.

2020/21 mövsümündə 29 oyunda 41 qol vuran Levandovski Bundesliqada rekorda imza atıb. 

Corco Kyellini

İtaliyalı müdafiəçi "Qızıl top"u almağa elə də yaxın deyil, lakin AVRO-2020-dəki çıxışları böyük alqışa layiqdir. Təcrübəli müdafiəçi Leonardo Bonuççinin yanında və Canliuci Donnarummanın qarşısında rəqiblər üçün ciddi bir sədd qurmağı bacarmışdı. Demək olar ki, İtaliya onsuz Avropa çempionatını qazana bilməzdi.

DÇ-2006-da qalib olandan sonra bu şərəfə layiq görülən Fabio Kannavarodan sonra heç bir müdafiəçiyə "Qızıl top" verilməyib. Bəlkə də tilsimi qırmağın vaxtı gəlib çatıb.
 
Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X