17:00 13.07.2021 2475

Mövsümzadə AVRO-2020-ni təhlil etdi

"Qızıl top" mükafatının azərbaycanlı jürisi Rasim Mövsümzadə başa çatan AVRO-2020-ni Fanat.Az-a dəyərləndirib.
 
Tanınmış idman jurnalisti Avropa çempionatını belə təhlil etdi: 

"2018-ci ildə mundialdan kənar qalmış komandanın növbəti Avropa çempionatının qalibi olacağı kimin ağlına gələ bilərdi? İtaliya millisinin həmin ilin oktyabrında başlayan 34 oyunluq məğlubiyyətsiz seriyası qitə çempionluğu ilə zirvəyə çatdı. Bizim Anatoli Banişevskinin də çıxış etdiyi AVRO-1968-də ilk dəfə Avropanın ən güclüsü olan italyanlar yalnız 53 il sonra həmin uğuru təkrarlaya bildilər.

İtalyanlara məxsus ənənəvi müdafiə futbolundan uzaq, hücumameylli və döyüşkən komanda formalaşdıran Roberto Mançini bu uğurun əsas memarıdır. O, İtaliyadan kənarda ilk böyük titulunu - 2012-ci ildə "Mançester Siti” ilə İngiltərə çempionluğunu qazananda məşqçi kimi özünü sübut etmişdi. Düzdür, sonra bir mövsüm çalışdığı Türkiyə və Rusiyada ümidləri doğrultmasa da - "Qalatasaray”la 2013/14 mövsümündə milli çempionatda 2-ci, "Zenit”lə isə 2017/18 mövsümündə 5-ci olmuşdu – indi 56 yaşında "Skuadra Adzurra” ilə karyerasının zirvəsini yaşayır.

İtaliyanın çempion olduğu DÇ-2006-da turnirin "Gümüş top” mükafatını müdafiəçi Fabio Kannavaro qazanmışdısa (o vaxt "Qızıl top” fransalı Zinədin Zidana qismət olmuşdu), indi də qapıçı Canluici Donnarumma AVRO-2020-nin ən yaxşı futbolçusu seçildi. Yəni hücum futbolundan danışsaq da, yenə İtaliyada arxa xətt oyunçuları diqqət çəkir. 

Ümumiyyətlə, indiki heyətdə Paolo Maldini və Roberto Bacco səviyyəsində ulduzlar olmasa da, müdafiədə kapitan Corcio Kyellini və Leonardo Bonuççi, həmçinin ulduzu parlayan Leonardo Spinazzola, yarımmüdafiədə orta xəttin dirəyi olan Jorginho və Marko Verratti, hücumda isə texnikalı oyunları ilə diqqət çəkən Lorenso İnsinye və Federiko Kyezanın adlarını xüsusilə vurğulamaq lazımdır.

İtaliyanın bu məğlubedilməzliyi nə vaxta kimi davam edəcək? Tarixə nəzər salsaq, yalnız Qərbi Almaniya (1974) və İspaniya komandaları (2010) Avropanın ən güclüsü olduqdan sonra dünya çempionluğunu da qazanıblar. İtaliyanın bu nailiyyəti təkrarlaya biləcəyi Qətər-2022-də bəlli olacaq ki, mundialın da startına nə az, nə çox, cəmi 496 gün qalıb.

Çempion barədə danışdıq, ümumilikdə AVRO-2020-yə gəlincə, 51 oyunda 142 qolun vurulduğu yarış 2,78-ə bərabər orta məhsuldarlıqla diqqət çəkir. Bu, dörddən çox komandanın mübarizə aparmağa başladığı AVRO-1980-dən indiyədək ən məhsuldar Avropa çempionatıdır. Dünya çempionatlarına da baxsaq, bundan yaxşı məhsuldarlıq sonuncu dəfə 1982 mundialında (2,81 qol) qeydə alınıb. Bir sözlə, maraqlı bir Avropa çempionatı izlədiyimizi futbolun bəzəyi olan qolla bağlı rəqəmlərlə sübut edə bilərik.

Növbəti Avropa çempionatı isə 2024-cü ildə Almaniyada təşkil ediləcək, ondan sonrakı AVRO-2028-i keçirməyə də Türkiyə iddialıdır.  
Bəs qarşıda bizi hansı yeniliklər gözləyir? Avropa çempionatında iştirakçı komandaların sayının 24-dən 32-yə kimi artırılması da gündəmə gəlib və UEFA-nın artıq bu məsələni nəzərdən keçirdiyi bildirilir. Bu yenilik böyük turnirlər görməyən Azərbaycan kimi komandaların da Avropa çempionatına vəsiqə qazanmasına şans yaradacaq. Xeyirlisi deyək..."
 
Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X