“Malmö” ilə matç bizim üçün çox önəmlidir. Bilirik ki, hamı, azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Juninyo deyib.
O, Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveç təmsilçisi "Malmö" ilə baş tutacaq oyundan öncə mətbuat konfransında iştirak edib.
Braziliyalı futbolçu sabahkı qarşılaşmaya qələbə üçün çıxacaqlarını qeyd edib: “Son 3 oyunda fərqlənə bilmirəm. Əlimə düşən fürsətləri qaçırıram. Bunu düzəltmək üçün məşqlərdə çox çalışdım. Sabah əlimdən gələni əsirgəməyəcəyəm. Azarkeşlərimizi sevindirmək istəyirik. İnanırıq ki, ümidləri doğruldacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” matçı oktyabrın 3-də saat 20:45-də keçiriləcək.