
UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, ölkəmizi sözügedən ölkədə təmsil edən “Qarabağ” da bu gün növbəti matçına çıxır.
Mərhələ məhz Azərbaycanın gümüş mükafatçısının oyunu ilə start götürəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivi ilə qarşılaşacaq.
Tərəflər arasında ilk görüş Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı italiyalı Daniele Çiffi idarə edəcək.
Cavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" ÇSKA səddini keçəcəyi halda, növbəti mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Cütün məğlubu isə mübarizəni Konfrans Liqasında davam etdirəcək ki, 3-cü təsnifat mərhələsində rəqib “Dinamo Kiyev” (Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi olacaq.
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. Qarabağ – ÇSKA Sofiya (Bolqarıstan)
Hakimlərakim: Daniele Çiffi, Ciovanni Baççini, Alessandro Lo Çiçero (hamısı İtaliya).
VAR: Valerio Marini (İtaliya).
AVAR: Federiko La Penna (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov,
ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet
Baş məşqçi: Xristo Yane