
Bu gün UEFA Konfrans Liqasında daha bir təmsilçimiz növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "Zirə" turnirin 2-ci təsnifat mərhələsində Estoniya “Payde”si ilə qarşılaşacaq.
İlk görüş səfərdə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı moldovalı Roman Jitari idarə edəcək.
“Zirə”nin “Payde” ilə cavab görüşü iyulun 30-da “Sumqayıt Arena”da keçiriləcək.
"Zirə" "Payde" səddini adlaya bilsə, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" 1-ci təsnifat mərhələsində qarşılaşdığı "Torpedo Kutaisi"ni həm evdə, həm də Gürcüstanda 3:0 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. Payde (Estoniya) – Zirə
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (hamısı Moldova).
Parn. Şəhər stadionu.
"Payde": Jorju, Tur, Boranov, Hüqo, Lilander, Sohna, Haim, Miller, Luts, Badamasi, Siim
Ehtiyat oyunçular: Sapp, Andrade, Kabral, Ojamaa, Anyer, Jobarteh, Surogin, Hindrek, Çam, Piht, Smirnov, Nigula
"Zirə": 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 20 İssa Cibrilla, 2 Amin Seydiyev, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 11 Martins Junior, 9 Davit Volkov, 7 Eren Aydın.
Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov,22 Ayxan Hüseynov, 29 Krisdiqbeu, 57 Yusif Hacıyev, 77 Yeqor Boqomolski.