23:10 20.01.2023 593

“Qarabağ”da keçdiyim təcrübədən çox məmnunam” - Polşalı məşqçi

Polşanın “Veçista” komandasının baş məşqçisi Dariuş Marzek ötən ilin noyabrında “Qarabağ”ın düşərgəsində keçdiyi bir həftəlik təcrübə proqramı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, bu barədə yerli mətbuata müsahibəsində bunları sölyəyib:

“Mən hələ “Stal”da işlədiyim dönəmdə Avropa Parlamentinin üzvü Tomaş Poreba ilə xaricdə təcrübə keçməklə bağlı söhbətimiz olmuşdu. “Stal”dan ayrılsam da, Poreba sözünün üstündə durdu. Onun “Qarabağ”la yaxşı əlaqələri olduğu üçün, bizim bu klubun düşərgəsində təcrübə keçməyimizə şərait yaratdı. Biz məşqçilər olaraq daim inkişaf etməyə çalışırıq, yeniliklər axtarırıq. “Qarabağ”ın avrokuboklarda “Visla” (Krakov), “Legiya” (Varşava) kimi komandalarla oynaması, bu yaxınlarda isə “Lex”i (Poznan) 5:1 hesabı ilə məğlub etməsi bizi maraqlandırmaya bilməzdi. Fikirləşdik ki, görəsən, bu necə mümkün ola bilər? İndi bunun niyə baş verdiyini və içəridən necə göründüyünü bilirik. Biz bu təcrübədən çox məmnunuq və onun təşkilinə görə cənab Tomaşa təşəkkür etmək istərdik”.

Marzek Polşa ilə Azərbaycan futbolu, həmçinin milli çempionatlar arasındakı fərqlərdən də danışıb: “Fərqlər olduqca böyükdür. Polşada, Bolqarıstanda və Portuqaliyada çıxış etmiş Simeon Slavçev bizim komandamıza gəldi. Dediyinə görə, onun üçün ən mütəşəkkil və ən yaxşı klub “Qarabağ”dır. Bu, orada gördüklərimizdən sonra təsdiqləndi. Həmin vaxt “Qarabağ”ın çempionat matçını da izlədik. Baxmayaraq ki, həmin oyunda bir qədər məyus olduq (“Zirə” ilə 0:0 başa çatan oyunu nəzərdə tutur). Amma səhərdən axşama qədər bizə necə işlədiklərini göstərirdilər. Bizdən heç nə gizlətmirdilər. Bu komandada işləyən baş məşqçi 14 ildir orada çalışır. Bizdə də Marek Papşunu oxşar nümunə kimi qeyd etmək olur. Hansı ki, “Rakuv” indi bunun nəticələrini görür.

Azərbaycanda müşahidə etdiklərimiz bizə çox kömək olacaq. Polşalı məşqçilər xaricdə təcrübə keçməkdə utanmamalıdırlar. Daim inkişaf etməli, “Qarabağ” və digər klublarda gördüyümüz, müşahidə etdiyimiz elementləri gündəlik işimizdə istifadə etməliyik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

Facebookdan bizi izləməyi unutmayın.
X