00:01 26.01.2023 4408

"Onu çox istəyirdik, amma..." - Musa Qurbanlı

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XIX turunun oyunundan - "Turan Tovuz"la səfər matçından (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb. 

Fanat.Az xəbər verir ki, Tovuzdakı qarşılaşmada hesabı başla açan Musa həm bu oyun, həm də gündəmdə olan digər məsələlər barədə fikirlərini bölüşüb:

- Fasilədən sonrakı ilk oyun adətən çətin alınır. Üstəlik, Antalya toplanışından birbaşa bura gəlmişdiniz və süni ot örtüyündə oynadınız... 

- Bizim üçün bir az çətin idi. 20 gündən çox idi ki, təlim-məşq toplanışında idik. Amma bütün bunlar çempionatn ikinci yarısına daha yaxşı hazırlaşmağımız üçün idi.  Matç ağır keçdi. Bütün komandalar qış toplanışından yaxşı qayıdıblar. Rəqibimiz oyuna çox yaxşı hazırlaşmışdı. Bizə yaxşı müqavimət göstərdilər. Son dəqiqələrdə vurduğumuz qolla qələbə qazandıq. Xarakter göstərdik.

- Regionda belə azarkeşlərin qarşısında oynamaq necədir?

- Belə atmosferdə oynamaq mənim üçün xoşdur. Tovuzda futbolu sevirlər, komandalarını yaxşı dəstəkləyirlər. Biz də futbolçu kimi bundan həzz alırıq. Meydanda atmosfer nə qədər gözəl olsa, bizim üçün xoşdur. 

- Polşanın "Poqon" klubu səni transfer etmək istəyirdi. Bu məsələ ilə bağlı nə yenilik var?

- Açığı, mənə bu haqda heç məlumat da verilməmişdi. Özüm də şəxsən maraqlanmadım. Transfer məsələləri ilə məşğul olan adamlar var. Klub rəhbərliyi, baş məşqçimiz necə məsləhət bildilərsə, elə də oldu. Hazırda yalnız "Qarabağ"ın uğurlarını düşünürəm. Öz üzərimdə işləmək, həm özüm, həm də klubum üçün ən yaxşı variantın həyata keçməsini istəyirəm.

- Yaxın gələcəkdə legioner həyatı yaşamaq  istəyirsənmi? Çox vaxt yerli futbolçuların ölkə sərhədlərindən kənara çıxmasına dil amili də mane olur. İngilis dili biliyin necədir?

- Əlbəttə, bütün futbolçular "artırmağı", inkişaf etməyi arzulayır. Mənim də məqsədim daha böyük liqalarda oynamaqdır. Necə olacağını isə zaman göstərəcək. Üzərimə düşən həvəslə çalışmaqdır. Dilə gəlincə, rus və ingilis dillərini yaxşı bilirəm.

- Bu ay "Krasnodar"a transfer olunan Kadi Borgesin yeri görünürdü?

- Kadi bizim üçün vacib oyunçu idi. Onu çox istəyirdik, öyrəşmişdik ona. Amma bu, futboldur, belə olur. Futbolçu həmişə bir klubda qalmır. Kadiyə uğurlar arzulayıram. Biz də onun yoxluğunun bilinməməsi üçün əlimizdən gələni edirik.

- Artıq "Qarabağ"da  9 nömrəli formanı geyinirsən. Bunun xüsusi özəlliyi var?

- 9 sırf mərkəz hücumçusunun nömrəsidir. Mən də uşaqlıqdan həmişə akademiyada, milli komandalarda bu formanı geyinmişəm. Bildiyiniz kimi, atam da 9 nomrəli forma ilə oynayıb. Bu nömrə ilə oynamaq mənim üçün xoş oldu. Həm də əlavə motivasiya olacaq.

- Ramil Şeydayevlə sənin aranda amansız bombardirlik mübarizəsi gedir. Ramillə bununla bağlı zarafatlarınız, atmacalarımız olur?

- Açığı, belə şeylər olmur. Ramili çox istəyirəm. Bilirəm ki, o da məni çox istəyir. Həqiqətən də onunla münasibətimiz yaxşıdır, bir-birimizə çox yaxınıq. Onun uğurlarına sevinirəm. Əminəm ki, o da mənim uğurlarıma sevinir. Buna görə də bombardirlik haqda fikirləşmirik. İkimiz də komandaya maksimum fayda verməyə çalışırıq. 

- Bombardirlik hədəfin yoxdur?

- Var. Amma əsas qollarımızın komandaya xeyir verməsidir. Elə şey ola bilməz ki, Ramil qol vuranda mən sevinməyim. Əksinə, o qol vuranda ikiqat sevinirəm. Çünki, komandamız qələbə qazanır. Bu gün hər ikimiz qol vurduq. Birimiz vurmasaydıq, qələbə qazana bilməyəcəkdik. 

Nihat
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X