
Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 3 matç baş tutub.
Qazaxıstan "Kayrat"ı Kiprdə "Omoniya"nın qonağı olub. Bolqarıstan çempionu "Levski" isə Rumıniya "Universitetya Krayova"sını qəbul edib.
Günün son qarşılaşmasında isə Albaniya və Sloveniya çempionları münasibətlərinə aydınlıq gətiriblər.
Qeyd edək ki, 2-ci mərhələnin cavab görüşləri iyulun 28-i və 29-da olacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
22 iyul
Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) 1:0
Levski (Bolqarıstan) – Universitetya Krayova (Rumıniya) 1:0
Eqnatia (Albaniya) – Selye (Sloveniya) 3:3