15:12 01.02.2023 674

"Heç kim mənə əsas heyət sözü verməyib" - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda "Şamaxı" səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub. 

Şamaxı təmsilçisinin yeni transferi Emin Zamanov Fanat.Az-a müsahibəsində həm sözügedən qarşılaşmanı dəyərləndirib, həm də yeni komandası barədə danışıb:

- "Qarabağ"la görüş bizim üçün gözəl sınaq idi. Düşünürəm ki, bu sınaqdan üzü ağ çıxmağı bacardıq. Çünki komandamız meydanda hər qarış uğrunda layiqli mübarizə apardı. Hər kəs əlindən gələnin maksimumunu etməyə çalışdı. Bəli, nəticə olaraq məğlub olduq, amma təcrübə olaraq inkişafımıza təkan olacaq çox şey qazandıq.

- Yeni komandanıza adaptasiya olmaqda çətinlik çəkirsiniz, yoxsa artıq o mərhələni adlamısınız?
- Yeni komandama artıq adaptasiya olmuşam. Bu, çox qısa müddətdə baş verdi. İstər məşqçilərin səmimi yanaşması, istər futbolçuların bağrına basması bu prosesi maksimum sürətləndirdi. Mənə göstərdikləri diqqət və dəstək üçün həm məşqçilərə, həm də komanda yoldaşlarıma təşəkkür edirəm.

- "Neftçi" ilə müqavilə bağlasanız da, Mahmud Qurbanov sizi "Səbail"ə apardı. Bu qış isə "Şamaxı"ya keçdiyiniz. Hadisələrin belə dinamik şəkildə cərəyan etməsi necə baş verdi?
- Bəli, "Neftçi" ilə müqavilə bağladım. Lakin orada oynamaq şansım az idi və yeni bir addım atmaq lazım idi. Sağ olsun, Mahmud Qurbanov təyinat aldıqdan sonra mənə güvənib komandasında görmək istədi. Mən isə məmnuniyyətlə qəbul etdim. Oynamaq şansı qazandım, maksimum şəkildə şansdan istifadə etməyə çalışdım, lakin futbolda hər zaman hər şey istədiyimiz kimi olmur. Mahmud müəllimə təşəkkür edirəm. Bu günlərə gəlməyimdə böyük pay sahibidir. Qış fasiləsində bir neçə təklif aldım. Aralarından məni daha çox cəzb edən "Şamaxı" klubunun strategiyası, planları oldu. Komandanın inkişafı göz qabağındadır. Mənə güvəndikləri üçün rəhbərlik və məşqçilər heyətinə təşəkkür edirəm. Bu ailənin bir parçası olmaqdan qürur duyuram.

- Sizi "Şamaxı"da əsas heyətdə görürük. Maraqlıdır, ora gedəndə məşqçilər sizə əsas heyət sözü vermişdilər?
- Xeyr, mənə bu komandaya gələndə heç kim əsas heyət sözü verməyib. Məşqçilər heyəti bu məsələyə ədalətli və diqqətli şəkildə yanaşırlar. Mənə güvəndikləri üçün yalnız təşəkkür edə bilərəm və bunun davamlı olması üçün əlimdən gələni edəcəyəm.

- Növbəti turda "Turan Tovuz"la qarşılaşacaqsınız. Rəqibi necə qiymətləndirirsiniz? 
- Hər matça ciddi şəkildə hazırlaşırıq. "Turan Tovuz"la matça da həmçinin. "Turan Tovuz" intizamlı, döyüşkən futbol oynamağı bacaram komandadır. Fikrimcə, çox maraqlı matç olacaq. Düşünürəm ki, bu görüş həm oyun, həm də turnir cədvəli baxımından diqqət mərkəzində olan qarşılaşmadır. Meydanda həm özümüzü, həm də hər oyunda bizə dəstək olan azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bacaracağımıza inamım tamdır.

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X