17:17 11.02.2023 476

"Bura gələndə təzyiqlərlə üzləşəcəyimi bilirdim" - Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz" səfərdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzub. 

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti şərh edib: 

“Məğlubiyyət xoş deyil. “Qarabağ”la oyundan sonra bəlkə də komandada eyforiya var idi. Futbolçular mübarizə apardı. Lakin 2 səhvə yol verdik. İlk hissənin sonunda qol buraxmağımız bizə çox pis təsir etdi. Mübarizə apardıq, amma rəqib daha istəkli idi. Çalışacağıq ki, bu vəziyyədən çıxaq. Bugünkü görüşlə bağlı deyiləcək çox söz yoxdur”.

Əhmədov azarkeşlərin onu istefaya səslməsinə belə münasibət bildirib: “Fanatları başa düşmək olar. Amma bura gələndə məni nələr gözlədiyini, hansı təzyiqlərlə üzləşəcəyimi bilirdim. Rəhbərliklə söhbətdən sonra getməyimlə bağlı qərar olsa, klubdan ayrıla bilərəm. O qədər olub ki, yaxşı nəticə verdiyim yerdən işimdən uzaqlaşdırılmışam ki... 2 il işsiz qaldım, dünya dağımadı ki. AZAL-da, “Kəpəz”də, “Neftçi”də ağır vəziyyətdə işləmişəm. Amma nəticə verdikdən sonra getmişəm. Sabah rəhbərliklə görüşdə bu məsələni müzakirə edəcəyik”.

 “Kəpəz”in çalışdırıcısı meydandan kənarda gedən oyunların işinə pis təsir etdiyini vurğulayıb: “Kaş ki bu dünya düz olardı. Hər şey insanların ədaləti ilə olsaydı, nə var idi ki... Türkiyədə zəlzələdən sonra insanların həyatda qalmaq uğrunda mübarizə aparmasını görmək çox ağırdı. Neçə gündür özümə gələ bilmirəm. Bu qədər faciələr yaşansa da, bəşər övladı düzəlmir. Hərdən insanlığımızı unuduruq. Ola bilər bu gün Tərlanı istəməsinlər, mən Gəncə futbolu ətrafında baş verənəri açıqlamaq istəmirəm. Bəzi söhbətlər mənimlə qəbrə gedəcək. Bilirəm ki, hansı  çay evində görüşürlər, nələr danışırlar. Bakılı-gəncəli söhbətinin olması heç də yaxşı deyil”.

Əhmədov bildirib ki, sələfi Yaşar Vahabzadənin aqibətini yaşayır: “Yaşar Vahabzadə getdi, sabah mən də gedim, nə dəyişəcək ki? Heç kim hansı problemlər yaşadığımızı bilmir. Heç nə olmayan bir vəziyyətdə komandanı dirçəltmək istəyirik. Təzyiqləri bilirəm. Allahları bilsin, özləri bilsin”.  

O qeyd edib ki, indi yox, mövsümün sonunda istefa verə bilər: “Bu gün istefa versəm, çox adam çörəksiz qalacaq. Bu gün getmək istəmirəm. “Kəpəz” ətrafında gedən oyunlar bəllidi. Hər şey mətbuata sızdırılır. Çox adam da hər şeyi bilir. Mən nə açıqlayım ki? Heç vaxt da deməyəcəm. Təəssüf ki, problemlər barədə klub rəhbərliyini məlumatlandırsam da, öz həllini tapmır. Bu gün uduzmuşuqsa, bu, mənim səhvimdir. Bəli, həmin adamlara gücüm çatmr. Lakin mən nankor insanların belə çörəyinə bais olmaq istəmirəm. Bir futbolçumuz həkim müayinəsinə gedib, amma orda arxamca danışıb və həkim onu xəstəxanadan qovub. Komandanın iclasında isə bunu boynuna almadı. Mən əvvəldən demişdim ki, “Kəpəz”də nəticə verəndə məni şərləyib çıxaracaqlar”.

Əhmədov qeyd edib ki, ilk dəfə deyil bu cür halla üzləşir: “Daha əvvəl də işlədiyim yerdə adıma söz çıxartmışdılar. Sonra gördülər ki, hər şey yalandı. İşin tələbi nədirsə, mən onu edirəm. Jurnalistlərlə də səmimi danışıram. Heç kim deyə bilməz ki, Tərlan kiminsə haqqına girib. Futbolçu da, klubun əməkdaşı da düz işləməlidi. Sabah hansısa köməkçimi qovsam, deyəcəklər Tərlan düz işləmir. Axı niyə? Rəhbərliyə siyahı verdim ki, bu futbolçuları hissə-hissə göndərmək lazımdır. Amma klubdan bir nəfər futbolçuları öyrədir ki, getməyin, pulunuzu tələb edin. Bu cür hallar da komandada atmosferi pozur. Çoxları öndə getdiyim üçün məni qəbul edə bilmir. Hər zaman çalışmışam ki, özümü şəxsiyyət kimi formalaşdırım. Ailədə övladlarımı da bu cür tərbiyə edirəm. Bu gün sizin qarşınızda deyirəm, Premyer Liqada qalandan sonra “Kəpəz”dən gedəcəm”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X