20:12 11.02.2023 535

“Heç-heçə ədalətli nəticə oldu” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Qış fasiləsindən sonra ilk matç idi ki, dinamik, sürətli keçdi. Futbolçularımdan razı qaldım. Bu gün heç bir komanda uduzmağa layiq deyildi. Hər iki komandaya uğurlar arzulayıram. Ədalətli nəticə bərabərlik idi.

Mübahisəli penalti epizoduna gəlincə, Elçin Məsiyev bizim qohumumuz deyil. Epizodlara diqqətlə baxmaq lazımdır. Həmçinin də Ramil Şeydayevin epizoduna. Hakimliklə bağlı o qədər yeniliklər var ki. Romaonun harada olduğuna, aradakı məsafəyə də diqqət yetirmək lazımdır. Ən ədalətli insanlar hakimlər olmalıdır. Ən ağır peşə də onlarındır. Bu epizodla bağlı bizim “feyr-pley” nümayiş etdirəcəyimiz məqam yox idi. Bu, mənə aid olmayan epizoddur”.

Qurbanov Avropa Konfrans Liqasında Belçika “Gent”inə qarşı keçirəcəkləri pley-off oyunlarında Amin Ramazanova güvənəcəklərinə dair ehtimalları da dəyərləndirib: 

“Bu gün meydana bu heyəti buraxmağımız “Gent”lə matçda da ilk dəqiqələrdən eyni futbolçuların oynayacağı anlamına gəlmir. Rəqibin oyunlarına baxacağıq. Ondan sonra qərar verəcəyik. Elə anlar var ki, biz tələsməli deyilik. Hər bir futbolçunun “Gent”lə qarşılaşmada oynamaq ehtimalı var. Qarşıdakı günlərdə baxacağıq kim hansı səviyyədədir. Musa da olsa, Amin də olsa, nə vaxtsa bu oyunun gücünü hiss etməlidir. “Gent”lə oyuna Aminlə çıxmağa qorxmuruq.  Heç vaxt qorxmamışıq. "Gent" yaxşı komandadı, yaxşı liqada oynayır, keyfiyyətli futbolçuları var. Hansı oyunçu ilə də meydana da çıxsaq, istənilən rəqibin üzərinə getməyi qarşımıza məqsəd qoymuşuq. Hansısa oyunu böyük hesabla uduza da bilərik. "Qarabağ"da əvvəllər gənc futbolçularla çox güclü klubların qarşısına çıxmışıq. Meydana kim çıxırsa, ona güvənirəm, inanıram. Heç nədən çəkinmirik”.

Baş məşqçi yeni transferlərin durumundan da söz açıb: “Yeni oyunçuların işə yanaşmalarından razıyam. Sadəcə, hazırlıq səviyyələri məni tam qane etmir. Diakabi bizə tez qoşulmuşdu. O da oyunlardan, məşqlərdən uzaq qalmışdı. Diakabinin hazırlığı digərlərinə baxanda daha yaxşı səviyyədədir. Amma ona da vaxt lazımdır. Benzya da öz formasından çox uzaqdır. Ona çox vaxt lazım ola bilər ki, əvvəlki formasını bərpa etsin. Tələsmirik. Ehtiyatlanırıq. Diakabi "Şamaxı" ilə matçda meydanda oldu, əzələsində bir az dartırlma oldu. "Gent"lə matç vacibdir. İstəyərdim ki, hamısı hazır olsun. İnanıram ki, hər üçü də komandamız üçün faydalı oyunçular olacaq”.

Qurbanov “Gent”in bu gün keçiriləcək çempionat oyununu izləməyə kimisə göndərmədiklərini bildirib: “Əvvəlki oyunlarına özüm də getmişdim. Bu gün heç kim getməyib. Ehtiyac görmədim. Vacib oyunumuz var idi, diqqətimiz buradaydı. Fərqli komandadı, fərqli sistemdə oynayırlar. Çox sürətli oyunçuları var, sürətli hücumlara keçirlər. Bizə xoş olmayan komandadır. Biz belə rəqiblərə qarşı çox oynamışıq. Son oyunlarına baxıb, ətraflı məlumat yığacağıq. İstəmərik ki, hansısa rəqibdən çəkinək”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X