19:25 17.02.2023 773

Qum saatı və Şuaybunun butsları - Gəncədən qeydlər

Premyer Liqanın 23-cü turunun açılış oyunu Gəncədə - autsayderlər "Kəpəz" və "Şamaxı" arasında baş tutdu. Xüsusilə qərb təmsilçisi matça ağır şərtlər altında çıxmışdı. "Turan Tovuz"a məğlubiyyətdən sonra bir qrup azarkeş baş məşqçi Tərlan Əhmədovu istefaya səsləmiş, rəhbərlik təcrübəli mütəxəssisə üç oyunluq vaxt vermişdi. 

Yeri gəlmişkən, bu həftə "Kəpəz"də baş tutan klubdaxili toplantının detalları ilə bağlı Fanat.Az-ın xəbəri təsdiqini tapdı. Əhmədov rəhbərliyin ona üç oyun möhlət verdiyini və bu görüşlərdə 4-6 xal qazanmalı olduqlarını, əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanovun klubdaxili toplantını yarımçıq tərk etməsini dolayısı ilə təsdiqlədi və qismən şərh verdi. 

Tərlan Əhmədov onu da bildirdi ki, azarkeşlər bu oyunda da ona qarşı təxribat hazırlayırmışlar, bir qrup tərəfdar plakat açmağı planlaşdırırmış. O, təfərrüata varmasa da, öyrəndik ki, həqiqətən buna cəhd olub. Bir neçə narazı fanat arenaya üzərində qum saatı əks olunan plakat keçirməyə çalışıblar, ancaq polislər buna imkan verməyib. "Qum saatı" Tərlan Əhmədova verilən vaxtın tükənməkdə olmasına işarədir... 

"Şamaxı" üzərində qələbədən sonra gərginlik nisbətən səngimiş kimi görünür. Hər halda, hakimin final fitindən sonra min civarında azarkeşin toplaşdığı tribunaların yarıdan çoxu Tərlan Əhmədovun adını qışqıraraq ona dəstək nümayiş etdirdi. O da jestlərlə bunu reaksiyasız qoymadı. 

Bu yerdə azyaşlı bir topdaşıyan Tərlan bəyə yaxınlaşaraq ondan nəsə istədi. Məşqçi əvvəlcə "bir az gözlə, verəcəyəm" dedi. Elə bu an Abdulaye Şuaybunun yanından keçdiyini görüb onu saxladı və futbolçusundan butslarını 13-14 yaşlı azarkeşə verməsini istədi. Hücumçu tərəddüd etmədən idman ayaqqabılarını çıxarıb topdaşıyana verdi. Onun bu jesti azarkeşlər tərəfindən alqışlarla müşaiyət olundu. 

Bir qədər də oyun haqqında... Hər iki komanda ilk növbədə nəticəni düşündüyü üçün sərgilənən futbolun keyfiyyəti aşağı idi. Ancaq matçın bol qollu alınması, qapılara vurulan 5 top azarkeşləri xeyli əyləndirdi və bu üzdən zəif keyfiyyət arxa planda qaldı. "Şamaxı"da aşkar geriləmə var. Baş məşqçi Vüqar Əsgərov bunu "qara zolaq" adlandırsa da, qış fasiləsinin komandaya yaramadığı, Cavid Hüseynov-Vüqar Əsgərov tandeminin Antalyada "papaqlarını günə yandırdıqları" görünməkdədir.

"Kəpəz"ə gəlincə, "sarı-göylər"i avtomobilə bənzətsək, iki futbolçu - Abdulaye Şuaybu və yeni transfer Martins Junior onun təkərləridir. Nigeriyalı-braziliyalı tandemi komandanı çiyinlərində daşıyır. Mənzil başına çatdıra biləcəklərmi - bunu mayda görəcəyik! 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X