17:04 06.03.2023 942

"Araz Naxçıvan"dan stadion qərarı: Ot örtüyü süni qazonla əvəzlənir - AÇIQLAMA 

Növbəti mövsüm Premyer Liqada iştirak etməyə ən real namizəd olan "Araz Naxçıvan" lisenziyalaşdırma ilə bağlı sənədləri hazırlayıb. Birinci Divizionun lideri AFFA-nın tələb etdiyi bütün meyarları yerinə yetirməyə çalışır. 

Bu haqda Fanat.Az-a məlumat verən klubun baş məşqçisi Azər Bağırov yeganə çətinliyin stadionla bağlı olduğunu deyib. 

Təcrübəli mütəxəssis arenanın ot örtüyünün dəyişdiriləcəyini bildirib: "Son durum belədir ki, bütün meyarları yerinə yetirəcəyimizlə bağlı AFFA və PFL qarşısında öhdəlik götürmüşük. Bu istiqamətdə işləyirik. Çox cüzi məsələlər qalıb. Əsas şərt stadionun örtüyü ilə bağlıdır. Çox tez bir zamanda işə başlayacağıq ki, bu məsələni də yoluna qoyaq. Söhbət yayda ot örtüyünün dəyişdiriləcəyi ilə bağlı maliyyə təminatından gedir. Çempionat başa çatdıqdan bir neçə gün sonra artıq örtüyün dəyişdirilməsinə start verilməlidir ki, vaxtında çatdıra bilək".

Azər Bağırov Naxçıvan şəhər stadionunun ot örtüyünün süni qazonla əvəz ediləcəyini də xəbər verib: "Naxçıvanın iqlimi elədir ki, yayı çox isti, qışı sərt keçir. Belədə təbii ot örtüyü tez sıradan çıxır. Digər tərəfdən, əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün yeni meydança salmaq hələlik imkan xaricindədir. Süni örtükdən isə bir neçə komanda yararlana bilər. Yaxın üç il üçün süni örtükdə oynamağı planlaşdırırıq. Növbəti illərdə yenidən təbii örtüyə qayıtmaq olar".     

Qeyd edək ki, sabah AFFA-nın Hesabat Konfransı keçiriləcək. Gündəliyi zəngin olan Konfransdan dərhal sonra baş tutacaq İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlər arasında 2023-2024-cü illər mövsümü, Premyer Liqada, həmçinin Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqi və sair də olacaq. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X