21:59 07.05.2023 688

“Son 3 oyunda da maksimum nəticə istəyirik” - Şahin Diniyev

"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu. Qələbədən də vacib olan komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun sərgilədik. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll etmək istəyirdik. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam.

Komanda çətin vəziyyətdən çıxmaq üçün özündə gücdə tapdı. Hər dəfə onlara deyirəm ki, bacarırsınız. "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz", "Qəbələ"yə qarşı keyfiyyətli oyunlarımız olub. Komanda keyfiyyətli oyun göstərə bilir, sadəcə, onu nəticəyə çevirə bilmirdik. Fasilədən sonra paltardəyişmə otağında komandanın ruhunu gördüm. İnam yarandı ki, fasilədən sonra geridönüş edə bilərik. Onu da bacardıq. Psixoloji baxımdan çox vacib qələbədir. Motivasiyanın arxasında üç xal dayanıb. Sonuncu pillədən qurtulmağımız motivasiyadır. 

Çox istəyirdik ki, hər şey son turdakı "Şamaxı" oyununa qalmasın. "Qarabağ" çox güclü komandadır. Amma bizim də itirəcəyimiz bir şey yoxdur. Qabağa atılmalı və nəyimiz varsa, meydanda qoymalıyıq. Demirəm ki, "Qarabağ"ı udacağıq. Mübarizə aparacağıq, necə alınacağını görəcəyik. Çox çalışacağıq ki, hər şeyi son tura saxlamayaq. Çünki son oyun lotoreya kimi olacaq. Hər şey ola bilər, təsadüf də. Qalan üç oyunda maksimum nəticə istəyirik. Bu gün alındı. "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm. Baxırdım ki, sanki axırlarda bu komandada durğunluq var. Deməzdim ki, fiziki durum aşağıdır, xeyr. Birinci hissədə, 70-ci dəqiqəyə qədər sürətli, dinamik futbol nümayiş etdirirlər. Amma bəzi oyunlarda sonradan qopurlar. Mənim də düşüncəm belə idi ki, sonradan meydana sürətli, keyfiyyətli, oyunu öz üzərinə götürə bilən futbolçuları buraxım. Bu dəfə alındı. Belə deyim var, "məşqçi düşünür, futbolçu yerinə yetirir". Əgər futbolçular düşünsəydi, məşqçi lazım olmazdı. Yəni biz düşünürük, nə qədər alınması, futbolçulardan asılıdır”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X