16:18 04.09.2023 1087

"Qışa qədər "yaralı" "Qarabağ"ı üstələyə bilsələr..." - Aslan Kərimov

Misli Premyer Liqasının 5-ci turu yetərincə maraqlı alındı. İstər lider "Zirə"nin əvvəlki oyunlarda xal toplaya bilməyən "Qəbələ"yə uduzması (0:1), istər "Qarabağ"ın "Səbail"ə yenilməsi (1:2), istərsə də "Sabah"ın Masazırda "Turan Tovuz"dan 3 cavabsız qol "yeməsi" faktdır.

Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb turu dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:  

"Həqiqətən son tur çox maraqlı alındı. "Neftçi" istisna olmaq şərti ilə liderlik uğrunda mübarizə aparan komandaların hamısı məğlub oldular. Hesab edirəm ki, "Sabah" ın evdə "Turan Tovuz"a uduzmasının səbəbi Aleksey Kaşuk və Coy Lens Mikelsin bu yay komandanı tərk etmələri ilə izah olunmalıdır. Ötən mövsüm çətin anlarda məhz bu futbolçular səhnəyə çıxır, "Sabah"a kömək edirdilər. Yanılmıramsa, bu iki futbolçu ötən mövsüm 35 qolda pay sahibi olmuşdurlar. Son oyunda da göründü ki, Masazır klubunun qol vurmağa ehtiyacı var. Daha çox ön xətdə Volkov və Appeyə güvənirlər. Amma bu futbolçular gözlənilən nəticəni verə bilmirlər. Hücum planında "Sabah"ın işi çox çətindir. Yəqin ki, transfer edəcəklər. 

"Zirə" yaxşı irəliləyirdi, amma çətin Qəbələ səfərində 0:1 hesabı ilə məğlub oldu. Mən ən azı heç-heçə edəcəklərini düşünür, məğlubiyyət gözləmirdim. "Qəbələ"nin xalı yox idi deyə öz meydanında qələbə ilə xal itkilərini kompensasiya etmək məcburiyyətində idi. 

"Neftçi"nin "Sumqayıt" üzərində qələbəsinə gəlincə, deyə bilərəm ki, potensial baxmından "ağ-qaralar" üstün olsalar da, "Sumqayıt"ın da kifayət qədər qol vurmaq şansları oldu. Bəlkə də oyunçuların təcrübəsi sonda matçın taleyini həll etdi. "Neftçi" son dəqiqələrdə vurduğu qolla qalib gəldi. "Sumqayıt" üçün acı məğlubiyyət idi. Meydanda olan mübarizəni görəndən sonra nəticə mənim üçün süpiriz oldu. 

"Kəpəz" və "Araz- Naxçıvan" oyunu çox maraqlı keçdi. Gəncədəki matçlar rəqiblər üçün həmişə çətin alınır. Oyunu əks-hücumlar üzərində quran "Araz-Naxçıvan" Gəncədən 3 xalla ayrıla bildi. Bu oyunun bərabərliklə bitəcəyini güman edirdim. Klublar eyni legioner qüvvəsinə malikdirlər. Bu iki kollektivin bərabər səviyyəli komandalar olduğunu düşünürəm. Mənim üçün qonaqların qələbə qazanması süpriz oldu.

"Səbail " - "Qarabağ" qarşılaşmasının nəticəsi bütün azarkeşlər üçün gözlənilməz ola bilər, amma xatırlayırsınızsa, bundan öncəki müsahibələrimdə də "Qarabağ"ın daxili çempionatda böyük problemlər yaşayacağını vurğulamışdım. Qış fasiləsinə qədər belə davam edəcək. Ağdam təmsilçisinin Avroliqanın qrupuna düşməsi işi bir qədər də çətinləşdirdi. Səbəblərdən biri budur ki, bir çox oyunçular ilə sağollaşdılar, amma yeni transferlər hələ adaptasiya dövrünü keçməyiblər. Daxili çempionatda özlərini o qədər də yaxşı tərəfdən göstərə bilmirlər. Sözsüz ki, oyunçular bacarıqlı oyunçulardır. Ancaq komanda oyunu baxmından "axsamalar" var. Oyunu üzərinə götürən fiqurlar çatışmır. İkinci hissədə Andrade və Zubir meydana daxil oldular və qol imkanları yaratdılar. Mən düşünürəm ki, onlar matça start "11-lik"də başlasaydılar, "Səbail"ə çətin olacaqdı. "Qarabağ" Abdulla və Lenandrosuz dominantlıq etməyə çalışsa da, bacarmadı. Nəticəni yorğunluqla bağlamazdım. Görüşün ilk dəqiqələrindən meydanda olan futbolçuların 70 faizi Avroliqada oynamamışdılar. Düşünmürəm ki, yorğun olsunlar. Bunu hücum futbolu nümayiş etdirmələrindən də sezmək çətin deyildi. Sözsüz ki, "Qarabağ"ın oyunçularının üzərində psixoloji basqı var. Problem ikinci heyətin səviyyə baxımından birinci heyətə yaxın olmamasıdır. İndi daha ağır dönəmə girəcəklər. Belə ki, komandanın bir neçə üzvü milli komandalara gedəcəklər. Bu da oyunçuların bir yerdə məşq etməməsinə səbəb olacaq. İstənilən halda, çempionluğu hədəfləyən digər komandalar qış fasiləsinə qədər "yaralı" "Qarabağ"ı üstələyə bilsələr, yalnız bu zaman çempionluq uğrunda mübarizə apara biləcəklər. Qış fasiləsindən sonra Ağdam klubu ilə mübarizə çətin olacaq. Düşünmürəm ki, "Qarabağ" maya qədər Avroliqada qalacaq. Qrupdan çıxsalar, yalnız pley-off mərhələsində oynaya biləcəcklər. Daha sonra daxili çempionata diqqət ayıracaqlar. Yəni çempionluq uğrunda mübarizə aparan komandalar yalnız indi bu fürsətdən istifadə etməlidirlər. Turnir cədvəli də maraqlıdır. "Qarabağ"ı son 10 ildə 5-ci yerə düşən görməmişdik. "Turan Tovuz"un ikinci, "Zirə"nin birinci yerdə olması gərgin mübarizə şəraitində keçəcəyini  söyləməyə əsas verir. "Sabah"ın 8-ci, "Qəbələ" nin sonuncu pillədə olması daha da maraqlı mənzərədir".

Nahid Məmmədov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

Facebookdan bizi izləməyi unutmayın.
X