18:59 15.09.2023 1423

MPL: “Zirə” “Sumqayıt”ı məğlub yola saldı

Millinin oyunlarına görə Misli Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb. 

Fanat.Az xəbər verir ki, VI tur bu gün bir oyunla start götürüb.

Turun açılış oyununda lider "Zirə" ilə "Sumqayıt" üz-üzə gəliblər. 

Startda ardıcıl 4 qələbə qazanaraq zirvədə qərarlaşan "qartallar" fasilə ərəfəsindəki son oyunda "Qəbələ"yə uduzsa da, liderliyini qoruyur. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ev oyununda da qalib gəlməklə, 1-ci yerdəki mövqeyini davam etdirmək əzmindəydi. Axı qəsəbə təmsilçisinin növbəti turdakı rəqibi "Neftçi" olacaq.

"Sumqayıt"a gəlincə, "gənclik şəhəri" təmsilçisi Azərbaycan Premyer Liqasında 3 ildir “Zirə”yə qalib gələ bilmir. Belə ki, bu komanda son 11 matçda 3 xalın sevincini yaşamayıb. “Kimyaçılar”ın “qartallar” üzərində sonuncu qalibiyyəti 2020-ci ilin oktyabrına təsadüf edib. Ondan sonra baş tutan 11 duelin 4-də bərabərlik qeydə alınıb, 7-də isə “Zirə” qalib gəlib. Maraqlıdır ki, qəsəbə komandası son 8 matçın 7-də rəqibini məğlub etməyi bacarıb. 

Elə bu oyunda da "Zirə" qalib gəlib. Özü də qəsəbə təmsilçisi yeganə qolu azlıqda ola-ola vurub.

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günü keçiriləcək.

Misli Premyer Liqası
VI tur
15 sentyabr 

“Zirə” – “Sumqayıt” 1:0
Qol:
Məqsəd İsayev, 45+1
Qırmızı vərəqə: Pyer Zebli, 10 (Zirə)

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 12. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 10. Kamran Aliev, 18. Kristian Velinovski, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

19:00

AL: "Qarabağ" "Vestri"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X