
London "Arsenal"ı sıralarına yeni qapıçı cəlb edib.
Fanat.Az xəbər verir ki, "topçular" "Lids"dən ayrıılan İllan Melyeni azad agent qismində heyətinə qatıb.
Məlumatı İngiltərə nəhənginin rəsmi saytı yayıb. 26 yaşlı fransalı futbolçunun müqaviləsinin müddəti açıqlanmayıb.
Xatırladaq ki, 2020-ci ildən "Lids"də çıxış edən İllan Melye 215 matçda 286 qol buraxıb, 70 oyunda qapısını toxunulmaz saxlayıb.
Toğrul