20:09 15.09.2023 524

“Qərəz olduğuna inanmıram” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 6-cı turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Onları bağrıma basıram. Hakimliklə bağlı danışmaq istəmirəm.

"Zirə"yə qarşı təzyiqi daha çox işlərimiz yaxşı gedəndə hiss edirik. Amma mən nəsə qərəz olduğuna inanmıram. Çünki, bu il hakimlərimiz çox yaxşı performans göstərir. Müəyyən səhvlər yəqin ki, gələcəkdə də olacaq. Hələ qırmızı vərəqə epizoduna baxmamışam. Ona görə də səhv olub-olmadığını dəqiq deyə bilmərəm. Təbii ki, nə iləsə əlaqələndiriləcək. Çempionatımızda bu cür epizodlar həddindən çoxdur. İstərdim ki, hakimlərimiz minimum səhv etsinlər. Bütün komandalar böyük həvəslə mövsümə başlayıblar. 10 komandanın hansınısa digərlərindən ayırmaq olmur. Hamı yaxşı mübarizə aparır, məşqçi işi görünür. Bu, sevindirici amildir. Bütün komandaların oyununda irəliləyiş var. Hakimlərin çiyninə ağır yük düşəcək. İnşallah öhdəsindən gələrlər.

Son ana qədər danışıq apardığımız futbolçular var idi. Daha iki transfer etmək istəyirdik. Təəssüf ki, alınmadı. Artıq bunu qış fasiləsində edəcəyik. Bu gün komandada olan futbolçuların performansından razıyam. Amma təbii ki, güclənməyə ehtiyac var. Transfer pəncərəsi bağlandı. Bəlkə də azad agent statusunda olan və bizi qane edən futbolçu olsa, götürəcəyik. Hücumameyilli oyunçu istəyirdim. Danışıqlar aparırdıq, son anda alınmadı. Ən azı bir mərkəz müdafiəçisi də götürməliydik. Bu mövqedə bir oyunçumuz zədələnsə, onu əvəz etməyə futbolçu yoxdur. Məşqçi işi belədir. Hər şey sənin istədiyin kimi gedə bilməz.

Çantakias bu il yaxşı performans göstərir. Həyətimizdə ən çox oyun keçirən futbolçulardandır. Bu gün 100-cü oyununu keçirirdi. Onu da, Qismət Alıyevi də təbrik edirəm. Bu gün rotasiya etdik. Çantakiasın üç sarı vərəqəsi var. Hər üç mərkəz müdafiəçisi daim yaxşı formada olmalıdır. Onların heç birinə əvəzedici oyunçu kimi baxmıram. Müəyyən detallar rəqabətdə rol oynaya bilər.

İlkin Muradovun bəzən ərköyünlüyü olur. Bu olmadığı halda planlarımıza uyğun oyunçudur. Bu gün də çox yaxşı oyun nümayiş etdirdi. Hazırlığı yaxşı səviyyədə idi. Müəyyən xırda problemlər var idi. Onu aramızda həll etdik”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X