23:59 23.09.2023 667

Rəşad Sadıqov: “Vacib xal qazandıq”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turunda evdə "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq.

"Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda, istər "Neftçi", istər digər komandalar motivasiyalı və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünkü "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq.

Komandada çox mövqe güclənməlidir. Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filip çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki, həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi.

Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Boqomolski üçün də "Neftçi"yə müraciət etmişdik. Sadəcə onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çaılışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X