20:49 30.09.2023 262

“Futbolçular kluba hörmət etməlidir” - Murad Musayev

“Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 8-ci turunda "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:

“Ağır oyun oldu, çətin meydança idi. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir. Qələbə qazanmağı çox istəyirdik. Neçə oyundur ki, standart vəziyyətlərdən qollar buraxırıq. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı.

Heyətə 23 futbolçunun adını qeyd etmək olur. 24-25 oyunçu daxil edə bilmərik siyahıya. Ceyhun və Nicata gəlincə, mənim icazəmlə olan məsələdir. Siz klubun rəhbərisiz, uşaqları yetişdirirsiz, avrokuboklarda oynayırlar, milliyə düşürlər. Ona deyirsiz ki, müqaviləni artır və "Turan Tovuz"a icarəyə get. Müqaviləni uzatmırlar. Amma sən onun yetişməsində nə qədər iş görmüsən. "Turan Tovuz" onu gözləyirdi. Get oyna, daha sonra gəl əsas heyət uğrunda mübarizə apar. Nicatla da eyni vəziyyət idi, o da dedi ki, müqaviləni artırmaq istəmirəm. Bir mənada da futbolçular kluba hörmət etməlidir.

"Qara zolaq"dan çıxmaq üçün bir qələbə çatışmır. İki ildə etmədiyimiz səhvləri edirik, qollar buraxırıq. Bu da gücümüzü alır. Uşaqlar məşq edir, məşqlər yaxşı gedir, atmosfer normaldır. Sadəcə çox kobud səhvlərə yol veririk. Futbolçularda da əsəbilik var.

İshak Belfodil tam hazır deyil. İlk dəqiqələrdən oynaması üçün şansı azdır. Bizimlə üç həftədir ki, məşq edir. Start heyətində başlaması üçün şansı çox deyil.

“Səbail"in ləğv edilmiş qolunda ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi. "Kəpəz"lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən "Kəpəz" haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? "Kəpəz" yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayaqq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. "Kəpəz" yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. "Kəpəz"in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. "Kəpəz"ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm. Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq? Deyərəm ki, gəlin ikinci qolu vuraq.

Futbolda taktiki hiyləgərlik var. Həkimi çağırmaq olar. Amma bu, 88-ci dəqiqədən sonra olar, 10-cu dəqiqədən yox da. Mən belə etməzdim. "Sevilya"ya qarşı oynamışam. Onlar Avropa Liqasının qalibi olmuşdular. 2:0 udurduq, üçüncünü vurmaq istəyirdik. Vaxt aparmırdıq. Sizə söz verirəm ki, belə edərdim. Mənim üçün futbol emosiyadır. İki məşqçi var, kimsə uduzmaq istəmir, kimsə qalib gəlmək istəyir. "Kəpəz" oynaya bilir, onlar "Qarabağ"a qarşı yaxşı oynamışdı. Mən həmkarlarıma toxunmuram. Heç bir məşqinin xətrinə dəymək istəmirəm”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 Dekabr 2023
12:29

"Bilirik ki, nə vaxtsa pis dönəm başlayacaq, ancaq..." - Karlo Ançelotti

12:11

"Bayern Münhen" Noyeri onunla əvəzləmək istəyir

11:53

Bakıdakı mundialın son günündə Azərbaycanın 5 güləşçisi mübarizə aparacaq

11:37

Azərbaycan parataekvondoçusu İngiltərədə medal qazandı

11:20

Keyn ona qarşı oynayan ən yaxşı müdafiəçilərin adlarını açıqladı

11:03

"Bayern Münhen"in futbolçusu bu kluba keçir - SON DURUM

10:44

"Lunin "Mançester Yunayted"də əsas qapıçı ola bilər"

10:27

Poçettino 133,5 milyonluq transferin performansını dəyərləndirdi

10:10

"Mən Qvardiolanın etdiyini edə bilmərəm" - Joze Mourinyu

09:48

Bu gün AÇ-2024-ün final mərhələsinin püşkü atılacaq

09:30

MPL: "Araz-Naxçıvan" "Səbail"ə, "Turan Tovuz" "Sumqayıt"a qarşı - YENİLƏNİR

09:00

"Kəpəz"in 3 zədəlisi var, amma... - AÇIQLAMA

02:30

“Xetafe” “Las Palmas”a məğlub oldu

02:20

“Reyms”dən çətin qələbə

01:59

“Yuventus”dan növbəti qələbə

01:42

“Köln”ə bir qol bəs etdi

01:40

Hüseynovlu “Arda” yenə evdə uduzdu

01:21

Ozan Canlı “Eyndhoven” səfərdə xal itirdi

01:03

Renatsız “Hatayspor” evdə xal itirdi

00:45

Azərbaycan güləşçilərindən DÇ-də 5 medal

00:21

“Vacib qələbə qazanmağı bacardıq” - Əsgərov

01 Dekabr 2023
23:59

Millimiz B Liqasına vəsiqə qazandı

23:32

Diniyev hesabı açdı, komandası qalib gəldi

23:25

“Xəzri” çempionatın vahid lideri oldu

23:06

“Murov”dan çətin qələbə

22:47

Konfrans Liqası: Həftənin oyunçusu açıqlandı

22:28

Yusuf Fransa klubunun tarixinə düşdü

22:09

Avroliqada ən yaxşı bəlli oldu

21:43

“Bayer” 29 il sonra rekordunu təkrarladı

21:17

Əvəzedicilərin yarışında 15-ci turun təyinatları açıqlandı

20:41

“Qarabağ” – “Qəbələ” matçının hakimləri müəyyənləşdi

20:12

ÇL-də həftənin ən yaxşısı bəlli oldu

19:45

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

19:16

Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

18:47

“Sumqayıt”ın Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib

18:19

Azərbaycanlı basketbolçunun inkişafı yüksək qiymətləndirildi

17:54

Renat Dadaşov "Antalyaspor"a qarşı oynaya bilməyəcək - SƏBƏB

17:37

"Məhv olmuşam, indi çox hirsliyəm" - "Qarabağ"a 2 qol vuran futbolçu

17:22

"Sumqayıt" "Turan Tovuz"la matça 4 itki ilə çıxacaq - Abasov da cəzalıdır

17:05

"Real"ın hücumçusu Messi ilə insident yaşaması barədə sualı belə cavablandırdı

Facebookdan bizi izləməyi unutmayın.
X