“Kəpəz”in bu gün Premyer Liqanın 8-ci turunda “Qəbələ”yə doğma meydanda 0:1 hesabıyla uduzması gəncəli azarkeşləri özündən çıxarıb.
Fanat.Az xəbər verir ki, onlar həm klub rəhbərliyini, həm də baş məşqçini istefaya səsləyiblər, sabiq baş məşqçi Tərlan Əhmədovun qaytarılmasını tələb ediblər.
Xatırladaq ki, “Kəpəz” 8 turdan sonra 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.