Peşəkar Futbol Liqası Misli Premyer Liqasında sentyabr ayında vurulan ən yaxşı 5 qolu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, qurum həmin qolların videosunu sosial şəbəkə hesablarında paytlaşıb.
Bu qolların müəllifləri Məqsəd İsayev ("Zirə", 6-cı tur, "Sumqayıt"ın qapısına), Valdemar Almeyda ("Səbail", 6-cı tur, "Kəpəz"in qapısına), Belajdi Pusi ("Turan Tovuz", 6-cı tur, "Qəbələ"nin qapısına), Hamidu Keyta ("Qarabağ", 6-cı tur, "Sabah"ın qapısına) və Yusif Nəbiyevdir ("Səbail", 8-ci tur, "Sabah"ın qapısına).
Ayın ən yaxşı qolu isə azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək. Səsvermə 5 oktyabr saat 18:00-dək davam edəcək.