19:33 07.10.2023 518

Şahin Diniyev: “Heç-heçə də ədalətli nəticə olacaqdı”

"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 9-cu turunun "Qəbələ" ilə səfər oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Komandanın ilk hissədə nəfəs almaq problemi var idi. Futbolçular qaça bilmirdi. Problemlərimiz çox idi. Komandam ağıllı futbol oynayaraq, qol epizodunu gözləyib kiçik epizoddan uğurla çıxdı. Hər bir futbolçuma təşəkkür edirəm. İlk dövrə bitib. 9 tura belə nəticəni heç kim gözləməzdi, heç özüm də gözləmirdim. Futbolçular xarakter göstərdi. "Qəbələ" oyun baxımından çox artırıb. Yaxşı oynayırlar. Anlayırdıq ki, "Qəbələ" hücumda daha kreativ oynamağa, daha çox hücum etməyə çalışacaq. İki-üç qol epizodumuz var idi, istifadə edə bilərdik. Heç-heçə də ədalətli nəticə olardı. Amma hansı komanda udsaydı da, ədalətli alınardı. Hər iki komanda qələbəyə layiq idi. "Qəbələ"yə uğurlar arzulayıram.

Bəli, boşluqlar var idi. Qəbələdə oynamaq çox çətindir. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkirlər. Nəfəs almağı nəzərdə tuturam. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdür. "Qəbələ"nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdür. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim.

Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün əgər rotasiya üçün əlində böyük materiallar olmalıdır. Biri olmayanda, digəri meydana çıxa bilməlidir. Məsələn, Pedro Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olmalıdır komandada ki, rotasiyaları rahat edə bilək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X