
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev çıxış etdiyi "Ümraniyəspor"un heyətində ötən həftə ilk qoluna imza atdı. 28 yaşlı futbolçumuz Türkiyə 1-ci liqası çərçivəsində "Altay"la səfər matçında komandasının 3:0 hesablı qələbəsinə töhfə vermiş oldu. "Ümraniyəspor"un ilk qoluna məhz həmyerlimiz imza atdı. Beləliklə, Coşqun millinin düşərgəsinə yüksək əhval-ruhiyyədə gəldi.
"Səbail"in baş məşqçisi Şahin Diniyev Fanat.Az-a açıqlamasında oğlunun qol hesabını açmasını belə dəyərləndirib:
"Coşqunun oyununu hər həftə izləyirəm. Son oyunda komandasının qol imkanları var idi. Coşqunun birdən-birə onun səhnəyə çıxaraq qol vurması həlledici məqam oldu. Hər halda, hesab açılandan sonra komandası daha rahat oynamağa başladı. Bir qədər sonra isə rəqib azlıqda qaldı və Coşqunun komandası fərqi artırdı. Coşqun 67-ci dəqiqədə qol vurduqdan on dəqiqə sonra aldığı zədəyə görə meydanı xərəkdə tərk etməli oldu. Açığı, bir qədər həyacanlandıq. Oyun bitər-bitməz əlaqə saxladım, zədəsinin ciddi olmadığını dedi. İnanıram ki, Coşqun bundan sonra da komandasının uğurlu çıxış etməsinə köməkçi olacaq".
Mirağa