21:04 05.11.2023 618

“Say üstünlüyündən yaxşı istifadə etdik” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 12-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Emosional oyun alındı. Güclü rəqibə qarşı oynayırdıq. Qarşımızda matça aqressiv başlayan rəqib var idi. İlk yarıda daha çox müdafiə olunurduq, rəqib hücumlar qururdu. Çoxsaylı standart vəziyyətlər oldu. Dönən toplar, zərbələr komanda üzərində basqı yaratdı. İlk hissənin sonunda rəqib emosional addım atdı və qırmızı vərəqə qeydə alındı. Bundan sonra say üstünlüyümüz yarandı. İkinci hissədə komandamız say üstünlüyündən yaxşı istifadə etdi. Aydın məsələdir ki, 10 nəfərlə 11 futbolçuya qarşı oynamaq daha çətindir. Şükürlər olsun ki, ondan istifadə edərək sonda çox vacib üç xal qazandıq. Futbolçularımı təbrik edirəm. Hesabın bərabərə bitməsi də mümkün idi. Lakin son dəqiqədə fərqləndik. "Sabah"la səfər oyunundan üç xal götürmək ekstra qazanılan xallardır. Bu, bizi  çox sevindirir. Artıq önümüzdəki matçlara baxacağıq.

24 xal qazanmışıq, amma geriyə boylananda rəqiblərin yaxında olduğunu görürük. Biz bu dəqiqə liderliyə və ya birinci pilləyə köklənməmişik. Hər oyuna xal və ya xallar qazanmaq üçün çıxırıq. Oyunun harada olmasından, rəqibin kimliyindən də çox şey asılıdır. "Sabah"la oyunda bir xal da qazansaydıq, bizim üçün yaxşı nəticə sayılacaqdı. Təbii ki, say üstünlüyü olduğundan istədik bunu nəticəyə yansıdaq, üç xal qazanaq. Amma dünən "Qarabağ" qalib gəlib deyə, bu gün biz mütləq qalib gəlməliyik fikirləri absurd olardı. Özü də, "Sabah"la oynayırdıq. Bu, komanda üzərində əlavə yük və stress deməkdir. Sırf matça köklənmişdik. Bilirdik ki, "Sabah" böyük istəklə oynayacaq. Aramızda 8 xal fərq var. Son matçda da yaxşı oynayaraq "Neftçi" üzərində qələbə qazanmışdılar. Hər halda, biz sonda qolumuzu vurub üç xalı qazanmağı bacardıq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

Facebookdan bizi izləməyi unutmayın.
X