10:58 13.11.2023 1013

“Zirə” və “Qarabağ” rəqiblərindən uzaqlaşır – Tura baxış

Misli Premyer Liqasının 13-cü turu da geri də qaldı. Lider “Zirə” “Qəbələ”ni üstələməklə milli komandaların oyunları ilə yaranan fasiləyə hamıdan öndə yollandı. “Qarabağ” da “Səbail”i çətinlik çəkmədən məğlub etdi. Bu iki komanda yavaş-yavaş digərlərindən uzaqlaşır.

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Qol:
Adama Niane, 75
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov
Məşqçi: Etibar İbrahimov

Turun açılış qarşılaşmasında “Araz Naxçıvan” “Kəpəz”i qəbul edirdi. “Qarabağ” üzərindəki qələbədən sonra “Sumqayıt”a uduzan Naxçıvan təmsilçisinə bu qarşılaşmada 3 xal xeyli vacib idi. Azər Bağırovun yetirmələri bu qarşılaşmada qələbə qazanmaqla 3-cü pillədə möhkəmlənmək, liderlərin təqibini davam etdirmək şansı qazanacaqdı. “Kəpəz”i isə bu oyuna Etibar İbrahimov çıxarmışdı. Gənc mütəxəssis postundan istefa verən Azər Məmmədovu müvəqqəti əvəzləmişdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu əvəzetmə “Kəpəz” üçün düşərli oldu. Gəncə təmsilçisi mövsümdəki ikinci qələbəsini qazandı. “Kəpəz”ə qələbə qazandıran qola 75-ci dəqiqədə Adama Niane imza atdı. Malili hücumçu “Araz Naxçıvan”ın müdafiəçilərinin çaşqınlığından yaxşı istifadə etdi. 
Xal ehtiyatını artıra bilməyən “Araz Naxçıvan” 20 xalla 5-ci pilləyə gerilədi. “Kəpəz” isə bu qələbə sayəsində “Qəbələ”ni qabaqladı. 9-cu pillədəki “Kəpəz”in 9 xalı var.

“Neftçi” – “Sumqayıt” 1:2
Qollar:
Ataa Caber, 35 - Masaki Murata, 56. Roi Kehat, 69.
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 16. Lukas Melano, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Baş məşqçi: Adrian Mutu.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” “Sumqayıt”la oyunda dilinin, daha doğrusu, çəkdiyi videoçarxın bəlasına düşdü. Qarşılaşmadan əvvəl sosial şəbəkələrdə yayılan video “Sumqayıt”ın futbolçuları üçün əlavə motivasiya qaynağına çevrildi. İş o yerə gəldi çatdı ki, oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi”nin Media Departamentinin əməkdaşlarına bonus vermək arzusunu da dilə gətirdi.
Əslində, görüş “Neftçi” üçün heç də pis başlamamışdı. Ataa Caberin 35-ci dəqiqədə vurduğu qol “Neftçi”nin fasiləyə öndə getməsini təmin etmişdi. Gözləmək olardı ki, “ağ-qaralar” üstünlüyünü davam etdirəcək, ovcunun içindəki 3 xalı sona qədər qoruyacaq. Amma bu mümkün olmadı. Masaki Murata 56-cı dəqiqədə “ağ-qaralar”ın qapısına cavab qolunu vurdu. 69-cu dəqiqədə isə hesab qonaqların xeyrinə dəyişdi. Roi Kehat məhz bu dəqiqədə “Neftçi”nin “işığını söndürdü”.
Son 4 oyunun üçündə qələbə qazanan, birində də heç-heçə edən “Sumqayıt” artıq 3-cü pillədədir. “Sumqayıt”ın aktivində 21 xal var. Cəmi 18 xalı olan “Neftçi” isə 6-cı sıradadır.

“Turan Tovuz” – “Sabah” 2:3
Qollar:
Fərid Nəbiyev, 35-pen. Bruno Qonçalves, 37 - Davit Volkov, 8; 26; 42.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
“Sabah”: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 7. Boyan Letiç.
Baş məşqçi: Murad Musayev.

“Sabah” yavaş-yavaş özünə gəlir. Masazır təmsilçisi Tovuz səfərində növbəti 3 xalı öz aktivinə yazdı. Maraqlıdır ki, “Sabah”a qələbə gətirən qolların hər üçünə gürcüstanlı hücumçu Davit Volkov imza atdı. Volkov 34 dəqiqəyə het-trikini rəsmiləşdirdi. “Turan Tovuz”un vurduğu qol isə iki dəqiqəyə sığdı. Amma bu qollar “Turan Tovuz”un xal qazanmasına yetərli olmadı. Daha bir diqqətçəkən məqam o oldu ki, qarşılaşmada bütün qollar birinci hissədə vuruldu. Təmkinli oynayan “Sabah” ikinci hissədə qapısını toxunulmaz saxlamaqla səfərdə vacib 3 xal qazandı.
Xalını 16-a yüksəldən “Sabah” turnir cədvəlində də irəliləməyi bacardı. Murad Musayevin yetirmələri elə “Turan Tovuz”u bir pillə geri sürüşdürdü, 7-ci sıraya yüksəldi. 15 xalı olan “Turan Tovuz” 8-ci pilləyə qədər geriləyib.

“Zirə” – “Qəbələ” 1:0 
Qol:
Qismət Alıyev, 64-penalti. 
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 13. Kristof Atanqana, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava
Baş məşqçi: Elmar Baxşıyev

“Zirə” növbəti qələbəsini qazandı. Özü də ənənəbi olaraq minimal hesabla. Qismət Alıyevin 64-cü dəqiqədə penaltidən vurduğu qol oyunda yeganə oldu. Maraqlıdır ki, qoldan sonra üstünlük qonaqların tərəfinə keçdi, “Qəbələ” bir neçə epizodda cavab qolu vurmağa yaxın oldu. Amma yaradılan imkanları qola çevirmək mümkün olmadı. Sözsüz ki, bundan “Zirə”nin inamlı müdafiəçilərinin, etibarlı qapıçısı Tiaqo Silvanın böyük rolu oldu. Mövsüm ərzində təsdiqini tapmış bir həqiqət var ki, “Zirə” hesabı açdıqdan sonra qəsəbə təmsilçisinin qapısına yol tapmaq mümkünsüz olur. Qapalı oyuna üstünlük verən Rəşad Sadıqovun yetirmələri bu üsulla nəticə qazanmağı bacarırlar.
27 xallı “Zirə” turnir cədvəlinə inamla başçılıq edir. 13 tur ərzində rəqiblərin qapısına 13 dəfə yol tapan qəsəbə təmsilçisi öz qapısından cəmi 7 qol buraxıb. Bütün bu göstəricilər də diqqət çəkməyə bilməz. “Kəpəz”in qalib gəldiyi turda xalsız qalan “Qəbələ” isə sonuncu pilləyə yuvarlandı. “Qırmızı-qaralar” 13 tur ərzində cəmi 8 xal toplamağı bacarıblar.

“Qarabağ”– “Səbail” 3:1
Qollar:
Toral Bayramov, 8. Yassin Benzya, 43. Olavio Juninyo, 55 - Pedro Nuno, 76.
“Qarabağ”: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Turun son qarşılaşmasında qol vurmağı sevən “Qarabağ”la “Səbail” qarşılaşırdı. Elə gözlənildiyi kimi də bu iki komandanın qarşılaşması bolqollu keçdi. Qol pərdəsini 8-ci dəqiqədə Toral Bayramov açdı. “Bayer”lə görüşdə ehtiyatda qalan Toral “Səbail”ə qarşı oyunda ikiqat istəkli görünürdü. Qoldan sonra da “Qarabağ” üstün görünür, ikinci qolu vurmaq üçün aramsız hücumlar edirdi. “Köhlən atlar” istəyinə 43-cü dəqiqədə çatdı. Benzya Leandro Andradenin əla ötürməsindən sonra qapı torunu silkələdi. Fasiləyə 2:0 hesablı üstünlüklə yollanan meydan sahibləri 55-ci dəqiqədə Səlahət Ağayevi bir daha məyus etdi. Juninyo dəqiq kombinasiyalı hücumu məntiqi sonluğa çatdırdı. Hesabda 0:3 hesabıyla geri düşən “Səbail” daha çox risk alaraq irəli atılmağa başladı. Bu hücumlar da öz bəhrəsini 76-cı dəqiqədə verdi. Pedro Nuno “dənizçilər”in təsəlli qoluna imza atdı. Şahin Diniyevin komandasının gücü bundan artığına çatmadı.
26 xallı “Qarabağ” turnir cədvəlinin ikinci pilləsindədir. “Köhlən atlar” lider “Zirə”dən bir xal geri qalır. 4-cü pillədəki “Səbail”in 21 xalı var.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X