"Kəpəz" Misli Pemyer Liqasının 14-cü turunda "Səbail"ə qarşı keçirəcəyi oyunda tam heyətlə iştirak edə biləcək.
Bunu Fanat.Az-a açıqlamasında "sarı-göylər"in mətbuat katibi Azad Mustafayev deyib:
"Hazırda nə zdəli oyunçumuz var, nə də cəzalı. Komanda tam heyətlə məşq edir. Ümid edirik ki, oyun gününə qədər bu mənada heç nə dəyişməyəcək".
Qeyd edək ki, "Səbail "- "Kəpəz" qarşılaşması noyabrın 25-də keçiriləcək.