Misli Premyer Liqasının 17-ci turunun “Səbail” və “Qəbələ” komandaları arasında keçiriləcək oyununun vaxtı dəyişdirilib.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, buna "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etməsi səbəb olub.
“Səbail”in vəziyyətlə bağlı müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırılıb. Qurumun yekun qərarına əsasən, əvvəlcə 17:00-da keçirilməsi nəzərdə tutulan görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-a təyin olunmasına qərar verilib.