
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Səbail”in Türkiyə toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama görüşünün vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi yanvarın 12-də Rumıniyanın “Universitatya Kluj” komandası ilə qarşılaşacaq.
Şahin Diniyevin baş məşqçisi olduğu kollektiv Rumıniyanın Superliqa təmsilçisi ilə “İS Santai Hotel”inin meydanında üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, “Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.