23:37 21.01.2024 629

“Əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaqdır” - İlqar Nadiri

“Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri klub saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- İlqar müəllim, komandanın çempionatın ikinci hissəsinə hazırlığı ilə bağlı nə deyə bilərsiz?
- “Kəpəz” toplanışı Gəncədə keçdi. Bazamızda komandanın istər çempionat oyunları, istərsə də dövrələrarası müddətdə hazırlığı üçün hər cür şərait var. Təbii ki, yoxlama oyunları üçün Türkiyəyə yollanmaq istərdik. Amma büdcəmiz məhdud olduğu üçün gedə bilmədik. Bununla belə Gəncədə komanda üçün müvafiq imkanlar yaradıldı. Futbolçular məşqçilər korpusunun hazırladığı proqrama uyğun olaraq hazırlaşa bildilər. Düşünürəm ki, oyunçularımız yaxşı formada çalışdılar və çempionata hazırdılar.

- Oyunlarımız yenidən Qəbələdə olacaq. Bu, əlavə çətinliklər yaratmır?
- Əslində biz ev oyunlarımızı səfərdə keçirmək istəməzdik. Mövsümün əvvəlində bu, heç nəzərdə tutulmamışdı. Amma mövcud vəziyyət bunu tələb edir. Çox xoş hal oldu ki, cənab Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam verdi. Çoxminli azarkeşlərimiz adından dövlət başçısına təşəkkür edirik. Bu, Gəncəmiz, klubumuz üçün stimuldur. Arenanın istismar müddəti başa çatmışdı və yararsız hala düşmüşdü. İdman qurğusu tikilib istifadəyə verildikdən sonra komandamız azarkeşlərin önünə müasir, yeni stadionda çıxacaq. Bu müddət ərzində “Kəpəz” başqa yerlərdə oynamaq məcburiyyətindədir. Ona görə də tərəfimizdən ətraf şəhər və rayonlarda PFL-in tələblərinə cavab verən stadionlara baxış keçirildi. Çalışdıq ki, seçimimiz ilk növbədə Gəncəyə yaxın yer olsun. Çünki azarkeşlərimiz gəlib oyunlara baxa bilsinlər. Yol həm bizim, həm də onlar üçün uzaq olmasın. Hər turu səfərdə oynamaq digər problemlərlə yanaşı, yorğunluq da yaradır. İlk olaraq Tovuza üstünlük verdik, amma bildiyiniz kimi təbii fəlakətlə bağlı orada problem yarandı. Bu səbəbdən bir neçə oyunumuzu Qəbələdə keçirəcəyik. Tovuz stadionu bizi qəbul etməyə hazır olsa, bizim üçün daha əlverişli olar. Fürsətdən istifadə edib hər iki klub rəhbərliyinə isti qarşılanmaya görə minnətdarlığımı bildirirəm.

- Stadionun da inşası ilə klubun daha bir problemi öz həllini tapacaq.
- Əlbəttə, söküntü işləri olduqca sürətlə aparılıb və yekunlaşıb. İnşaat işlərinin nə vaxt başlayacağı ilə bağlı məlumat bizdə yoxdur. Çünki qurğu Gənclər və İdman Nazirliyinin balansındadır. Stadionun tez bir zamanda tikilərək istifadəyə verilməsini gözləyirik.

- Komandanın qarşıya qoyulan vəzifələri yerinə yetirəcəyinə inanırsız?
- “Kəpəz” ikinci mövsümdür Premyer Liqada iştirak edir. Ötən mövsüm də buna bənzər oldu. Sadəcə, ötən çempionatdan fərqli olaraq bu il yarış daha rəqabətli, gərgin keçir. İdman prinsipləri qorunduğu üçün klublar daha hazırlıqlıdırlar və özlərini sığortalamağa çalışırlar. Elə biz də çalışırıq ki, sonuncu yeri tutub elitanı tərk etməyək. Bunun üçün də nə lazımdırsa, artıqlaması ilə edilib. Heyətimizə sonradan cəlb olunan futbolçular oldu ki, bu transferlər bizim büdcəmizə uyğun deyildi. Həmin oyunçulara ehtiyac vardı, ona görə risk etdik. Hamımız bir kollektiv olaraq mübarizə aparırıq, inanırıq ki, sonda istəyimizə çatacağıq. Başlıca məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır.

- Gəncə Futbol Akademiyası açılışa hazırdır. Sizcə, bu akademiya Gəncə futboluna nə verəcək?
- Bəli, akademiya hazırdır. Sadəcə, açılış və təqdimat mərasimləri qalır. Akademiyanın Gəncə futboluna verəcəyi fayda çoxdur. Düzgün iş qurulmalı, strategiya müəyyənləşdirilməli, vəsait xərclənməlidir. Regionda olan istedadlı futbolçuları bura cəlb etmək lazımdır. Klub olaraq onları himayəyə götürməliyik. Uşaqların məşqləri, təhsili, qidalanması nəzarətdə saxlanılmalıdır. Bundan sonra bir neçə ilə əvvəlki vaxtlarda olduğu kimi Gəncə futbolu milliyə layiqli futbolçular yetişdirə bilər. Akademiyanın şəraiti peşəkar fəaliyyət üçün böyük imkanlar yaradır. Arzulanan məşq meydanları, bir sözlə, hər cür şərait var.   

- Sponsorla bağlı məsələ nə yerdədir?
- Ölkədə bir çox şirkətlər, sahibkarlar, Gəncədən olan iş adamları ilə görüşüb danışmışıq. Görüşmədiyimiz, danışmadığımız adamların sayı azalıb. Sponsor məsələsi hələlik açıq olaraq qalır. Ümumiyyətlə, Azərbaycanda futbola sponsor tapmaq elə də asan iş deyil. Elə başa düşürəm ki, digər klublar üçün də belədir. Klubun bir və ya bir neçə sponsorunun olması prioritet məsələdir. Bu gün “Kəpəz” çempionatda sponsorsuz mübarizə aparır. İndi tələblərin artdığı bir çempionatda bu, olduqca çətindir, mümkünsüzə bərabərdir. Bu ildən vergi ilə bağlı əlavə öhdəlik yaranıb. Vergilərlə bağlı dəyişiklik klubun büdcəsinə böyük təsir edəcək. Biz ümid edirdik ki, akademiya və stadionla əlaqədar məsələlər həllini tapandan sonra kluba sponsorluq etmək istəyən tərəflər çox ola bilər. Çünki artıq Gəncədə müvafiq şəraitli klub olacaq, yatırım etmək istəyən sponsorların əlavə vəsait xərcləməsinə ehtiyac qalmayacaq. Baza var, akademiya istifadəyə hazırdır, stadion tikiləcək. Yəni infrastruktur hazırdır, vəsait yalnız idman tərəfinə xərclənəcək. Bu amillər nəticələrin əldə olunmasına kömək edəcək. Bu da sponsor üçün dəstək və üstünlük deməkdir. Amma çox təəssüflər olsun ki, belə imkanların qarşısında ortada razılaşma yoxdur. Hazırda bu məqam azarkeşləri də yaxından maraqlandırır. Gəncə futbolunun, “Kəpəz”in tarixi ənənəsi var və bu ənənəyə layiq komanda olmalıdır. Klubun futbolu sevən böyük azarkeş ordusu var. Onlar da güclü komanda görmək istəyirlər. Bunun üçün də klubun stabil, dayanıqlı maliyyə dəstəyinə ehtiyacı var. Amma artıq biz ikinci mövsümdür ki, sponsorsuz çıxış edirik. Əgər kimsə düşünürsə, klubu daha yaxşı yerlərə çıxarmağa töhvə verə, kömək edə bilər, biz həmin insanlarla da görüşməyə hazırıq. Adamlar var ki, fikirləşirlər kluba dəstəyi, köməyi dəyə bilər, onlara qapımız açıqdır. Klubun fəaliyyətində yaxından iştirak edə, rəhbərlikdə təmsil oluna bilər. Əsas məqsəd “Kəpəz”ə faydalı olmaqdır. Amma bu, dildə yox, əməldə olmalıdır.  

- Sosial şəbəkələrdə az qism insanlar tərəfindən əsas komandaya, şəxsən sizə və demək olar ki, kluba qarşı kampaniya aparılır. Bununla bağlı nə deyə bilərsiz?
- Şəxsən mənə qarşı bir neçə adam tərəfindən məqsədli şəkildə böhtan, şər atılır. Onların heç birinin əsası yoxdur. Əsassız şəkildə danışıb fikir formalaşdırmaq istəyirlər. Klubda hamı üzərinə düşən məsuliyyəti dərk edir və öz işini yerinə yetirir. Düzdü, iş olan yerdə müəyyən nöqsanlar da ola bilər. Amma bu o demək deyil ki, kimsə bilərəkdən klubun mənafeyinə zərbə vuracaq addım atır. Bu, tamamilə mümkünsüz haldır. Əksinə, klubun mənafeyinə xidmət etməyən insanlar indi kənardadırlar. Daxildə heç bir mənfi proseslər baş vermir. Kənarda qalanlar özlərini yenidən burada görmək məqsədilə klubun əməkdaşlarına, rəhbərliyinə qarşı böhtanlar atmağa çalışırlar. Bəlkə də normal haldır, o insanları hardasa başa düşmək olar. Kənarda qaldıqlarından belə edirlər. Amma onlar işlərini icra edə bilmədikləri, nöqsanlara yol verdikləri üçün klubdan kənarlaşdırılıblar. Əsassız olaraq heç kim işindən kənarlaşdırılmayıb. Hansı şəxs ki, bu gün sıralarımızda deyil, demək onun kluba verəcəyi fayda yoxdur. Bununla bağlı çox danışmaq istəmirəm. Əgər kiminsə əlində əsaslı, sübutlu bir şey varsa, rəsmi şəkildə müraciət edib, cavabını da ala bilər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X