AFFA İntizam Komitəsi Premyer Liqanın XXIV turunda qeydə alınan neqativ hallarla bağlı ölçü götürüb.
Fanat.Az xəbər verir ki, komitə daha iki görüşlə bağlı qərarını açıqlayıb.
“Kəpəz”lə matçda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib. Qarşılaşmada “Qəbələ”nin azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal mövsümdə ilk dəfə yaşandığından, “qırmızı-qaralar”a xəbərdarlıq edilib.
“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” də 700 manat cərimə olunub.