00:47 30.03.2024 1476

“Biz çempionluğu yaxşı şəkildə qazandıq” – Marko Yankoviç

"Qarabağ"ın oyunçusu Marko Yankoviç "Kəpəz"i 6:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

Fanat.Az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb:

“Buna görə mövsüm boyu çalışırıq. Millilərin oyunlarından sonra çox gözəl matç keçirdik. Oyunçular yorulmağa başlamışdı, çünki çoxlu sayda oyunlar keçiririk. Amma biz böyükhesablı qələbə qazanaraq gözəl çıxış etdik. Qol vuran və qol ötürməsi edən hər kəsə görə şadam. Biz çempionluğu yaxşı şəkildə qazandıq. Bu isə vacibdir. İndi “Neftçi” ilə oyuna və kuboka fokuslanacağıq. Çalışacağıq ki, ikinci titulu da qazanaq”.

O, “Milli komandaların oyunlarından sonra yorğunçuluğu necə aradan qaldırırsız” sualına belə cavab verib: “Biz peşəkarıq. Ondan da əlavə məşqçilər və klub işçiləri bizim qayğımıza qalırlar. Onlar daha az oynayanları daha çox oynadırlar. Millidə çox oyun keçirən futbolçuları digərləri ilə əvəzləyirlər. Bu yaxşı haldır”.

M. Yankoviç böyükhesablı qələbələrin komandaya müsbət təsir etdiyini qeyd edib: “Çox qol vurmaq həmişə yaxşıdır. Əsasən də hücumçularımıza bu cür oyunlar daha çox inam verir. Bu gözəl məqamdır. Əsasən də oyunun çempionluq uğrunda olduğuna görə. Hamımız xoşbəxtik”.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ” bugünkü qələbə ilə çempionluğu təsdiqləyərək gələn oyunlara motivasiyanı necə tapacaq” sualına deyib: “Bu cür oyunlar bir az hiyləgər olurlar. Dediyim kimi, biz peşəkarıq. Biz həmişə yaxşı səviyyədə oynamalıyıq, çünki “Qarabağ”ı təmsil edirik. Düşünə bilmərik ki, artıq çempion olduqsa, uduzmalıyıq. Belə hallar ola bilər, amma məğlub olsaq da yaxşı oyun göstərməliyik”.

“Qarabağ”ın Avroliqada çıxışından sonra çoxlu transfer iddiaları yarandı. Bu iddialara M.Yankoviçdə münasibət bildirib. O, bunun yaxşı hal olduğunu qeyd edib: “Bu haqda heç nə deyə bilmərəm. Hazırda “Qarabağ”ın oyunçusuyam. İnsanlar bu cür deyirlərsə, yaxşıdır. Çünki bu o deməkdir ki, özünü yaxşı tərəfdən göstərə bildin. Amma indi mən “Qarabağ”ın oyunçusuyam və gələcəkdə nə olacağını görəcəyik”.

Sonda monteneqrolu futbolçu keçmiş Azərbaycan millisinin baş məşqçisi və indiki Monteneqro millisinin baş məşqçisi Robert Proşineçki haqda danışıb: “Möhtəşəm təcrübə idi. Çox gözəl 6-7 günlər keçirdik. Bir birimiz haqda daha da yaxından tanımağa çalışdıq, daha çox öyrənməyə çalışdıq. O bizə yeni tapşırıqlar verdi. İndi hər şey müsbətdir. İki qələbə qazandıq. Həm bizim üçün, həm də onun özü üçün çox gözəl başlanğıcdır. İndi isə gələcək oyunları gözləyirik ki, daha da yaxşı oyun göstərə bilək".

Nahid Ustaclı

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X