“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov “Nyukasl”dan aldığı təklifdən danışıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı qolkiper "Sport24"-in əməkdaşı ilə söhbətdə "Bayer Leverkuzen"də olarkən İngiltərə klubundan aldığı təklifi geri çevirməsinin səbəbini açıqlayıb.
“Hansı daha yaxşıdır: İngiltərədə ehtiyatda qalmaq, yoxsa “Qarabağ”da əsas oyunçu olmaq? Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Nyukasl”da 3-cü və ya 4-cü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq daha yaxşıdır. Demək olar ki, 33 yaşım var, ona görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərəyə baxmaq istəyərsən. O yaşda skamyada oturub meydana baxmağı özünə rəva görə bilərsən. Amma indi yox”.
Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.