10:00 03.04.2024 1253

"Qarabağ"dan kimlərinsə getməyi böyük problem olmayacaq" - Bəhlul Mustafazadə

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin çərçivəsində "Neftçi" evdə "Qarabağ"la qarşılaşıb. Görüş "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçın ardından Ağdam təmsilçisinin təcrübəli müdafiəçisi Bəhlul Mustafazadə Fanat.Az-ın əməkdaşının da suallarını cavablandırıb.

- Oyun haqda fikirləriniz necədir?
- Matça yaxşı başladıq. İlk hissədə üç qol vurduq. Önəmli üstünlük əldə etdik. İkinci hissədə təəssüflər olsun ki, bu tempi davam etdirə bilmədik. Ümumi götürsək, yaxşı oyun keçdi. Bu stadionda "Neftçi"yə qarşı oynamaq həmişə maraqlıdır.

- Tempi davam etdirə bilməməyə səbəb rəqibin müqaviməti oldu, ya özünüz istəmədiniz? 
- Burda rəqibin rolu var. Rəqib hesabda geri olduqdan sonra daha çox irəli atıldı. Səbəbi bunda görürəm. İlk hissədəki tempi davam etdirməli idik. Nəticədən razıyıq və gələn oyuna hazırlaşacağıq.

- "Neftçi"yə heç yazığınız gəlmədi?
- Demək çətindir. Bu, mərkəzi qarşılamadır. Biz də onlar kimi hər oyun qələbə qazanmaq istəyirik. Rəqibdən asılı olmayaraq, əlimizə düşən şansları dəyərləndirib maksimum qol vurmağa çalışırıq.

- Cavab qarşılaşması üçün motivasiyanı necə tapacaqsız?
- "Neftçi" ilə oynamaq həmişə maraqlıdır. Motivasiya baxımından heç bir çətinlik olmayacaq. Eyni tərzdə ikinci oyunada hazırlaşacağıq.

- Final mərhələsində rəqibin "Qəbələ" və ya "Zirə" olmasının fərqi varmı? 
- Elə bir fərqi yoxdur. Biz öz oyunumuza hazırlaşırıq. Hədəfimiz kuboku götürməkdir. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz kuboku qazanmaqdır.

- Hesabın belə olacağını gözləyirdiniz?
 - Biz hər oyuna maksimum güclə hazırlaşırdıq. Əlimizdən gəldiyi qədər əlimizə düşən imkanları dəyərləndirib maksimum çox qol vurmağa çalışırıq. Bu gündə eyni qaydada şanslarımızı dəyərləndirirdik. Bəlkə daha çox qol vura bilərdik.

- Komanda hazırda ideal vəziyyətdədir. Heyətin yarıdan çoxu da bəzi klubların maraq dairəsindədir. Yayda həmin oyunçular getsə, bizi necə "Qarabağ" gözləyir? 
- Bu, "Qarabağ"da illər boyu davam edən prosesdir. Hər zaman kimlərsə gedir və onların yerinə başqaları gəlir. Kimlərinsə getməyi böyük problem olmayacaq. Çünki burda önəmli olan sistemdir. Buna uyğun oyunçular tapılır və həmin futbolçular əvvəlki formalarından da daha yaxşı çıxış edirlər. Önəmli olan sistemi qorumaqdır. Oyunçular dəyişir, amma sistem dəyişmir.

Nahid Ustaclı

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X