Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyununda "Zirə"ni qonaq edəcək "Qəbələ" matça itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qırmızı-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:
"Heyətdə cəzalı futbolçu yoxdur. Daha doğrusu, Feras Abu Akal cavab görüşünü cəza səbəbindən buraxmalı idi. O, Zirədəki matçda aldığı sarı vərəqədən sonra cəzalı duruma düşmüşdü. Ancaq bildiyiniz kimi, ötən həftəsonu onunla yollarımızı ayırdıq.
Əvəzində iki zədəlimiz var. Ülvi İsgəndərli ilə Samuel Tetteh bu matçı zədə səbəbindən kənardan izləyəcəklər".
Qeyd edək ki, "Qəbələ" - "Zirə" qarşılaşması bu gün, aprelin 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüşün start fiti 17:00-da səslənəcək.
Mirağa