16:21 24.04.2024 1045

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

Mayın əvvəlində AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutmalıdı. İclasın gündəliyi açıqlanmasa da, qərarlardan birinin legioner limitinin artırılması ilə bağlı olacağı ehtimal edilir. Artıq bu yöndə ictimaiyyətdə geniş müzakirə gedir. Kimisi yeni təklif olunan (8+3), kimisi də köhnə (7+4) variantı məqbul sayır. Sözsüz ki, limitin dəyişdirilməsi ilə onsuz da sayı az olmayan əcnəbilərin keyfiyyət göstərici daha da aşağı düşəcək. 

Fanat.Az çıxış yolu kimi, tələb olunan rüsumun artırılmasını təklif edir ki, bu yolla klublar gətirdiyi legionerin "astarının üzündən baha olduğunu" anlaya bilər və bu, bir növ çəkindirici məqamdır. 

Maraqlıdır, mütəxəssislər nə düşünür? Yığmamızın sabiq futbolçusu, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb bu barədə fikirlərini öyrəndik.

Onun açıqlaması belə oldu:

"İcraiyyə Komitəsinin növbəti iclasında limitlə bağlı qərar veriləcəyi barədə məlumatım var. Yəqin bu, futbol ictimaiyyətində olan mütəxəssislərin təcrübələrinə söykənən, müzakirələrə dayanan fikir əsasında olacaq. Belə olacaqsa, deməli buna ehtiyac var. Etiraf etmək lazımdır ki, bəzi mövqelərdə çıxış edən yerli futbolçuların performansı ürəkaçan deyil. Bu baxmından həmin mövqeylərə legioner oyunçuları gətirmək istəyirlər. 

Bu mövzu mübahisəlidir. Məsələnin üstün və riskli tərəfləri var. Üstün tərəfləri ondan ibarətdir ki, yaxşı legioner komandanın oyununa, başqa sözlə, çempionatın səviyyəsinə müəyyən qatqı göstərəcək. Bu, daha böyük rəqabətə gətirib çıxaracaq. Seçim imkanı çox olanda qarşıya qoyulan məqsədlərə daha rahat çatmaq mümkün ola bilir. Risklər isə budur ki, bəzən gətirilən legioner yerli oyunçudan da zəif çıxış edə bilir. Bu baxmından yerli oyunçunun qarşısını almış oluruq. Həmin legioner nəinki xeyir vermir, həm də yerli oyunçunun inkişafına əngəl olur. 
Bəzən də legionerlərlə menecerlər arasında "işbirliyi" böyük maliyyə maxinasiyalarına yol açır. Menecerlər kölgədə qalan legionerləri gətirərək bu keçiddən yüksək faiz tutmaq istəyirlər. 

Doğrudur, rüsumu artıraraq səviyyəsiz legionerlərin axınının qarşısının alınması baxımından çıxış yolu tapıla bilər. Amma inzibati yolla, daha doğrusu, pul baryeri ilə nə vaxta kimi bunun qarşısını almağa nail olacağıq? Bu, həm də vicdan, peşəkarlıq məsələsidir. Rüsum artırılsa da, yenə də bir yol tapıb mənasız legionerləri bura gətirəcəklər. Mən də bilmirəm, insanları vicdana necə gətirmək lazımdır. Bir nəzarət mexanizmi yoxdur. Hansı kluba deyə bilərik ki, keyfiyyətcə aşağı legioneri gətirə bilməzsən? Ümumiyyətlə, bu "keyfiyyət" meyarı da mübahisəyə səbəb olacaq. Çünki bəzən bilməyərəkdən də uğursuz transferlər olur. Məsələn, biz "Qarabağ"ı ən yaxşı transfer edən klub kimi tanıyırıq. Amma bəzən Ağdam klubunda da uyğunlaşma və ya digər səbəblərdən problemli oyunçulara rast gəlmişik. Bu, təkcə "Qarabağ"da yox, "Real Madrid" və "Barselona"da müşahidə olunur. Bu yöndə maarifləndirmə olmalıdır. Yekun qənaətim budur ki, legionerlər üçün rüsum artırılsa, bir az çəkindirmə olar və zəif əcnəbilərin axınının qarşısı alınar".

Nahid Ustaclı

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X