12:08 16.05.2024 627

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var. Bazada, akademiyada işləyənlər – hamımız bir olduq. Bunu unutmaq olmaz”.

Fanat.Az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan mövsümün əvvəlində qarşıya qoyulan hədəfə daha tez çatdıqlarını bildirib:

“Məqsəd elitada qalmaq idi. Biz zəhmətimizlə buna nail olduq. Klub rəhbərliyi də bizim rahatlığımız üçün maksimum şərait yaratdı. Belə olan vəziyyətdə futbolçular, məşqçilər korpusu olaraq əlimizdən gələnin ən yaxşısı etməyə çalışdıq. Allah şükürlər olsun ki, bizdə alındı”.

Kapitan hədəfə çatmaqda azarkeşlərin rolunu, dəstəyini xüsusi vurğulayıb:

“Onları ayrıca qeyd etmək istərdim. Fanatlar bizə əla motivasiya verdilər. Buna görə minnətdarıq. Komandaya münasibətləri olduqca əladır. Böyük hesabla uduzduğumuz oyunlarda belə, fərqli münasibət görmədik. Bu uşaqlar komandanı çox sevirlər”.

27 yaşlı müdafiəçi çempionatda mövsümün başa çatmasına az qaldığını xatırladıb:

“Biz futbolçular üçün bu çox xoşdur (gülümsəyir). Gərgin oyunlardan sonra istirahətə ehtiyac var. Mövsüm həddindən artıq çətin alındı. Xüsusən də, ilk iki dövrədə istədiklərimizi həyata keçirə bilmədik. Qış fasiləsindən sonrakı çıxışımız isə gələcək üçün böyük ümidlər verdi. Fikrimcə, bu mövsüm çempionat bütün klublar üçün daha mübarizəli, rəqabətli alındı. Asan oyunlar olmadı. Turnir cədvəlinin həm aşağı, həm də üst hissəsində gərginlik vardı. Hazırda avrokuboklara düşmək uğrunda yarış davam edir. “Qarabağ”dan sonra qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün komandalar arasında maraqlı mübarizə gedir”.

O, qarşıdakı iki turla bağlı fikirlərini bölüşüb:

“Həftəsonu “Zirə” ilə keçirəcəyimiz oyun maraqlı alınacaq. Ümumiyyətlə, bizim onlarla matçlarımız həmişə gərgin keçir. “Neftçi”yə məğlubiyyəti unutdurmalıyıq. “Turan Tovuz” ilə görüşə gəlincə, bu, derbidir. Nəticə qazanmaq üçün xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq”.

34 turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşan “Kəpəz” Azərbaycan Premyer Liqasında yerini qoruyub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X