16:28 02.07.2024 2035

"Ronaldu özü də bilir ki..." - Aslan Kərimov

Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Portuqaliya - Sloveniya matçında (0:0, penaltilərlə 3:0) Kriştianu Ronaldu 105-ci dəqiqədə penaltidən yararlanmağı bacarmadı. Sloveniya seçməsinin qapısına "nöqtə"dən yol tapmaq işinin öhdəsindən gəlməyən 39 yaşlı superulduz göz yaşlarına hakim ola bilmədi. Hazırda davam edən qitə birinciliyində qol hesabını açmayan ( Kriştianu AÇ-2024-də 1 məhsuldar ötürmə müəllifi olub) təcrübəli forvardın psixoloji vəziyyəti istənilən futbolsevəri maraqlandıran məqamlardandır.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, yığmanın heyətində Ronalduya qarşı oynamış, hətta 2007-ci ilin 13 oktyabr tarixində Bakıda keçirilən görüşdə (0:2) onu dirsəyi ilə vuraraq qırmızı vərəqə almış Aslan Kərimovla əlaqə saxlayıb "Əl-Nəsr"in hücumçusunun AÇ-dəki performansı haqda fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ötən gün baş tutan Portuaqliya - Sloveniya oyunu dramatik alındı. Bir tərəfdən Kriştianu Ronaldunun oyunun uzatma dəqiqələrində qaçan penaltisı, digər tərəfdən son dəqiqələrdə qapıçı ilə təkbətək qalan Benyamin Şeşkonun real qol epizodundan yararlana bilməməsi azərkeşlərə həyəcanlı anlar yaşatdı. Ronalduya gəlincə, onu deyə bilərəm ki, yaşı 39-u ötmüş futbol əfsanəsi artıq karyerasının son oyunlarına çıxdığının fərqindədir. Bu çempionatda Portuqaliya millisinin qol yükünü öz üzərinə götürən bir futbolçu üçün əlbəttə, belə emosional anların yaşanması da təbiidir. Çünki biz Ronaldunu karyerası boyunca əzmkar və nailiyyətlərə ac futbolçu kimi tanımışıq. Düzdür, məşqçi onu təcrübəsi və millinin kapitanı olduğu üçün oynadır, amma özü də oyunun gedişində yaxşı anlayırdı ki, hazırki fiziki durumu ilə 5-6 il öncəki vəziyyəti eyni deyil. Oyunun gedişində bir neçə real qol epizodundan yararlanmaması, ən sonda isə peanltini boşa verməsi onun göz yaşlarına hakim ola bilməməsinə səbəb oldu. Ronaldu komanda yoldaşlarının və bütün Portuqaliya azərkeşlərinin gözləntilərini yaxşı bildiyi üçün belə bir an yaşadı. Ancaq bu, futbolda normal haldır. Oyundan öncə Bernardu Silva, Rafael Leau, Brunu Alveş kimi futbolçuların Portuqaliyaya qələbə qazandırcaqlarını düşünürdüm, lakin Sloveniyanın müdafiə xətti rəqibə 120 dəqiqə ərzində ciddi boşluq vermədilər. Hesab edirəm ki, bu oyunun yeganə xilaskarı Portuqaliyanın qapıçısı Diequ Koştadır. Həm oyunun son dəqiqələrində qurtardığı real qol epizodunda, həm də penaltilər seriyasında Sloveniyaya qarşı göstərmiş olduğu performans bir yandan Ronaldunun qaçırdığı penaltini də unutdurdu. Çünkü əks halda bütün diqqətlər Kriştianuya yönələcəkdi".

Elvin Əhmədli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

Facebookdan bizi izləməyi unutmayın.
X