"Qarabağ" klubu Şahruddin Məhəmədəliyevlə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
Qeyd edək ki, Şahruddin 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.