14:08 01.08.2024 1794

"Ludoqorets" əvvəlki kimi əzəmətli deyil" - Aslan Kərimov

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" Cəbəllütariq "Linkoln"u ilə sınaqlarda çətinlik çəkmədi. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə 2:0, evdə isə 5:0 hesabıyla qalib gəlməyi bacardı. 

"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstan təmsilçisi "Ludoqorets" olacaq. 

Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Qarabağ"ın həm "Linkoln"la görüşlərini, həm də "Ludoqorets"lə mübarizədə mərhələ adlamaq şanslarını dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Linkoln" ilə oyun "Qarabağ" üçün göstərici deyil. Çünki həm Cəbəllütariqdə, həm də cavab görüşündə meydanda bir komanda gördük. Buna görə, "Qarabağ"ın zəif cəhətlərini deyə bilmirəm. Ona görə yox ki, komandamız idealdır. Sadəcə, "Linkoln" "Qarabağ"ı səhvə məcbur edə bilmədi. Bəlkə "Linkoln"un birinci səhvi o oldu ki, buraxdığı ilk qolda müdafiəni unudaraq çox irəli çıxdı. Belədə Juninyo fürsəti boşa vermədi. 
Ötən mövsümlə müqayisədə, "Qarabağ"da taktiki cəhətdən heç nə dəyişməyib. Düşünürəm ki, dəyişməyəcək də. Yenə də topa nəzarət ön plandadır, cinah yarımmüdafiəçiləri mərkəzə girib müdafiəçilər üçün zonalar açır, fərdi ustalıq sayəsində birbəbir mübarizələri qazanmaq...

"Ludoqorets"ə gəlincə, keçmişində ÇL-in qrupunda oynamış komandadır. Vaxtilə "Qarabağ" kimi, komandaya böyük sərmayə yatırırdılar. Çoxlu legioner gətirirdilər və buna görə də nailiyyət əldə edirdilər. "Ludoqorets"lə "Dinamo Minsk"in ilk görüşünə baxdım. Deyim ki, əvvəlki kimi əzəmətli görünmürlər. Yəni ÇL-də çıxış edən komanda deyil. Baxmayaraq ki, yenə heyətdə legionerləri var. Son 4-5 ildəki göstəriciləri əvvəlki dövrlə müqayisədə zəifdir. "Qarabağ" bu komanda ilə görüşdə yaxşı nəticəyə ümid edə bilər. İlk oyunu evdə keçirəcəyik. İnanmıram ki, bolqarlar Bakıda müdafiəyə qapansınlar. Boşluqlar verəcəklər və xüsusilə də Juninyo üçün imkanlar yaranacaq. 

"Ludoqorets" səddini keçmədən pley-off şansları barədə proqnoz vermək istəmirəm. Amma potensial rəqiblər arasında "Dinamo Zaqreb"lə "Srvena Zvezda"nı münasib görürəm".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X