"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının I "Araz-Naxçıvan"a qarşı keçirdikləri matçdan (4:1) sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. Matça "Araz-Naxçıvan"ın oyun sistemini nəzərə alaraq hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq".