01:07 03.08.2024 1163

Qurbanov "Ludoqorets"in çıxışını canlı izləyib: "Çox sürətli oynayırlar"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının ilk turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan (4:1) sonra təşkil edilən mətbuat konfransında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri "Ludoqorets"lə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, Bolqarıstan komandasının matçını canlı izlədiyini deyib:

"Oyunlarına canlı baxmışam. İki gün öncə onların oyununda idim. Dünən gəlmişəm. 9 ildir arda-arda qruplarda oynayırlar.

Bu komandaya qarşı heç rəsmi matçda oynamamışdıq. Mənim üçün də maraqlı idi. Ona görə özüm getdim. Həm "Ludoqorets", həm də Mins "Dinamo"su yaxşı komandalardır. Bolqarlar ilk oyunda "Dinamo"ya qalib gəlsələr də, Belarus klubu aqressiv oynamışdı. "Ludoqorets"in gücünü daha yaxından görmək istəyirdim.

"Ludoqorets"in böyük təcrübəsi var. Heyətində çox bacarıqlı, fərdi ustalığı olan oyunçular var Çox sürətli oynayırlar, hücumları yaxşı tamamlayırlar. Bu rəqiblə matçlara ciddi hazırlaşmalıyıq. Komanda oyunu öz yerində, birəbir mübarizələrdə diqqətli davranmalıyıq. Bu, çox önəmli məqamdır. Əks-hücumların qarşısını almaq da vacibdir. Hiss olunur ki, məşqçiləri komandadan belə oyun tələb edir. Bir neçə kombinasiyadan istifadə edirlər. Hamımız üçün maraqlı oyunlar olacaq. Ola bilər ki, çox güc sərf edək. Taktiki mübarizə də gedə bilər. Çox hazır olmalıyıq.

5-6 il yoxlama oyunu keçirdiyimiz "Ludoqorets"lə infiki tam fərqlidir. Sınaq oyunlarında nəticəyə önəm vermirəm. Yoxlama matçlarında komandanın gücünü yoxlayırsan. Həmin oyunlarda səhvlər çox olur. Futbolçular optimal formadan uzaq olurlar. Həm də 5-6 il əvvəlki futbolla indiki də bir deyil". 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X