"Qarabağ"ın baş direktoru Əmrah Çəlikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.
Fanat.Az xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub.
Ağdam təmsilçisinin davamlı uğurlarından bəhs edən Adil bəy “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib. İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə "köhlən atlar"ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıblar. Görüşün sonunda Əmrah bəy İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.