Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 503 komandadan ibarət siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ” 5 pillə irəliləyərək 197,25 xalla 34-cü sırada qırarlaşıb.
81 addımlıq sıçrayış edən “Zirə” 76,25 xalla 280-cidir. “Sabah” isə üç pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.
Qeyd edək ki, siyahıya Madrid “Real”ı başçılıq edir – 371 xal.