Bu gün Misli Premyer Liqasının 4-cü turunun açılış matçında “Kəpəz” səfərdə “Səbail’in qonağı olub.
Fanat.Az xəbər verir ki, 0:4 hesabı ilə məğlub olan Gəncə klubunun baş məşqçisi Adil Şükürovun oyunsonrası mətbuat konfransı keçirilib.
Şükürov belə oyundan sonra danışmağın ağır olduğunu bildirib:
“Daha yaxşı komanda görmək istəyirik. Rəhbərliklə danışmışıq, onlar özü də bu yöndə çalışmalarını davam etdirirlər. Komandamız sıfrdan yığılıb. Zamanla düzələcək. İnanıram ki, güclü “Kəpəz” görə biləcəksiz. Mən buna əminəm. Komandamız uduzmasına baxmayaraq, çalışır, hücum edir. Qol və qollar vurmağa çalışırıq. Yeni transferlər olunacaq. Buna məcburuq. Rəhbərliklə bu yöndə danışıqlarımız olub”.