Misli Premyer Liqasının 4-cü turunda "Zirə" doğma meydanda "Şamaxı"ya uduzub.
Fanat.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov 0:1 hesabı ilə uduzduqları matçı belə dəyərləndirib:
"Oyun bizim üçün uğursuz başladı. Rəqib bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdular. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi.
Bu məğlubiyyəti “Omoniya”ya ağır məğlubiyyətə bağlamıram. Çünki oyunumuz yaxşı alındı. Doğrudur, avrokuboklarda məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq, gözəl oynadıq. Sadəcə rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır".