"Şamaxı" Misli Premyer Liqasının 4-cü turunda səfərdə"Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında belə deyib:
"İlk qələbəmiz idi. Rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm. Bilirdik ki, “Zirə” üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldır. Bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Hesab nə olursa-olsun futbolçularım əzmkarlıq göstərdilər, xal qazanmaq üçün mübarizə apardılar. Bu oyunlar bizə lazımdır. Hər xal bizim üçün qızıl olacaq. Bu xal da elədir".